Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
Günün xəbəri

Şuşa yolunda canını fəda edən -gəncimiz

Şuşa yolunda canını fəda edən gəncimiz

Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edənlərdən biri də Rzaxanov Nihat Natiq oğludur. 2001- ci ildə Bakının Biləcəri qəsəbəsində dünyaya gələn Nihat 2007-ci ildə 301 N-li məktəbdə birinci sinfə başlayır. Ailənin maddi vəziyəti yaxşı olmadığı üçün 9 il təhsil aldıqdan sonra işləməyə başlayır. 2019-cu ildə Ağcabədiyə hərbi hissəyə yollanır.

Yenixeber.org: Nihat 44 günlük Vətən müharibəsi başlayan zaman adının siyahıda olmasına baxmayaraq, könüllü olaraq yazılır və qəhrəmancasına vuruşur. Şəhidin anası, İradə xanımın sözlərinə görə, oğlu Nihat son dəfə anasına zəng edərək, “Ana mən getdim” deyir və sağollaşır.

Bir ay müddətdən artıq xidmət edən Nihat, noyabr ayının 6-sı səhər saat 11 radələrində Xocavənd istiqamətində hücuma keçərkən bir neçə əsgər yoldaşına kömək edir və nəticədə başından qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalır.

Ölümündən sonra "Vətən Uğrunda" medalı ilə təltif olunan Şəhid Nihatın anasının indi yalnız bir arzusu var. Yaşadıqları ərazidəki küçəyə oğlu - Şəhid Rzaxanov Nihat Natiq oğlunun adı verilsin.

Qeyd edək ki, evin demək olar ki tək çalışan üzvü Nihat şəhid olduqdan sonra ailənin maddi vəziyyəti yaxşı deyil. Ailə təmirsiz və şəraitsiz evdə yaşayır.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam