Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Merkellə Ərdoğan arasında videoformatda görüş keçirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında videoformatda görüş keçirilib.
Yenixeber.org: Məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasındaki əlaqələri inkişaf etdirəcək məsələlərə toxunulub, yeni dövrdə Türkiyə-Avropa İttifaqı ölkələri arasındakı əlaqələr müzakirə olunub.

Görüş əsnasında Türkiyənin Avropa İttifaqı ölkələri ilə əməkdaşlıqda yeni bir səhifə açmaq niyyətində olduğunu bildirən Prezident Ərdoğan, bu istiqamətdə nümayiş etdirdiyi konstruktiv töhfə və səyləri üçün A.Merkelə təşəkkürünü bildirib.

Avropa İttifaqı ölkələrinin liderlərinin son Sammitində bəzi liderlərin gündəmdəki məsələlərə istinad edərək müsbət rəy bildirmələrinə xüsusi əhəmiyyət verdiyini deyən Prezident Ərdoğan, digər tərəfdən Türkiyə-Aİ münasibətlərində böhran yaratmağa çalışanların qarşılıqlı fayda verəcək müsbət gündəm məsələləri üçün açılan bu fürsət pəncərəsinə zərər verəcəyini dilə gətirib.

Ölkəsinin Yunanıstanla tədqiqatlar istiqamətində danışıqları yenidən başlatmağa hazır olduğunu ifadə etməsinə baxmayaraq, yunan tərəfinin yeni bəhanələrlə bu danışıqlardan qaçdığını bildirən Prezident Ərdoğan Türkiyənin Şərqi Aralıq dənizi mövzusunda da xoşməramlı və konstruktiv münasibət göstərməyə davam etdiyini deyib.

Türkiyə-Aİ əlaqələrinin son iki ildir bəzi üzvlərin dar görüşlü mənafelərinə həbs edilməsi ilə vaxt itkisi yaşadığına işarə edən Rəcəb Tayyib Ərdoğan, son Aİ Sammiti qərarında daha sərt bir şəkildə bəhs edilən müsbət gündəliyin açarının 18 Mart Konsensusunun yenilənməsi olduğunu bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam