Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Alən Vassel: -"Azərbaycanda Qarabağ ermənilərinə yaxşı münasibət bəsləniləcək"

Alən Vassel: Azərbaycanda Qarabağ ermənilərinə yaxşı münasibət bəsləniləcək

"Azərbaycan xalqı sülhpərvər və humanist xalqdır".

Yenixeber.org: Bunu Fransanın fəxri (keçmiş) senatoru Alain Vasselle (Alən Vassel) açıqlamasında bildirib.

O, Fransa hökumətinin Ermənistanı hər zaman təcavüzkar dövlət kimi tanıdığını və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib: "Beynəlxalq ictimaiyyət hər zaman Dağlıq Qarabağın Azərbaycanın torpaqları olduğunu təsdiqləyib. ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə məsuliyyət daşıyan Fransa da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunduğu faktını hər zaman qəbul edib. Təəssüflər olsun ki, Azərbaycanın işğal olunmuş əraziləri sülh yolu ilə deyil, güc vasitəsilə qaytarıldı".

A.Vassel Fransa parlamentində qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qəbul olunmuş sənədə də münasibət bildirib və bu məsələdə fransalı parlamentarilərin çox uzağa getdiklərini deyib: "Beynəlxalq ictimaiyyət tərəfindən Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanınması fonunda Fransa Senatının və Milli Assambleyanın qəbul etdiyi bu qətnamələrin heç bir əhəmiyyəti yoxdur. Bu qətnamələrin heç bir hüquqi dəyəri də yoxdur və hökumətin üzərinə heç bir öhdəlik qoymur. Bu təşəbbüs fransalı parlamentarilərin seçildikləri ərazilərdə yaşayan erməni icması ilə həmrəy olduqlarını nümayiş etdirmək üçün atılan bir addım idi. Bu qətnamələr Fransadakı erməni diasporunun təsiri nəticəsində qəbul edilib. Lakin həmin şəxslər bu məsələdə çox uzaqlara gedib çıxdıqlarını unudublar. Təbii ki, bu qətnamələr Fransa hökumətinin qərarını dəyişə bilmədi. Fransa hökuməti bu sənədlərə bəraət vermədi və neytral mövqeyini bundan sonra da qorumaqda qətiyyətli olduğunu göstərdi".

Fəxri senator iki xalqın barışmasının vaxtını yetişdiyini vurğulayıb: “Hələlik bu məsələdə yalnız bir tərəfin səsi eşidilir. Yalnız şikayətlər, ittihamlar yer alır. Hazırda Fransada Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycan hökuməti tərəfindən humanist münasibət bəslənilməyəcəyi kimi əsassız çıxışlar olunur. Lakin bu iddialar tamamilə yersiz və yolverilməzdir. Azərbaycan hökuməti və xalqı sülpərvər, humanist xalqdır və Azərbaycanda yaşayan digər azlıqlar kimi, Dağlıq Qarabağ ermənilərinə də yaxşı münasibət bəsləniləcək. Artıq iki xalqın barışmasının vaxtı yetişib"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam