Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qubadlını azadlığa qovuşduran -qəhrəmanlardan biri

Qubadlını azadlığa qovuşduran qəhrəmanlardan biri

44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında əslən Cəbrayıl rayonundan olan Murad Məmmədov da var.

Yenixeber.org: Vətən müharibəsində Məmmədovlar ailəsindən iki igid döyüşüb - Murad və qardaşı Nurlan.

Murad Yusif oğlu Məmmədov 1995-ci il iyulun 12-də Sumqayıt şəhərində anadan olub.

Sumqayıt şəhəri 22 saylı orta məktəbi əla qiymətlərlə bitirən Murad, 2013-cü ildə Azərbaycan Texniki Universitetin Elektroenergetika Mühəndisliyi fakültəsinə daxil olub.

Ali təhsilini başa vurduqdan sonra, 2018-ci ilin iyul ayında hərbi xidmətə yola düşüb. Daşkəsəndə yerləşən N saylı hərbi hissədə Vətənə borcunu yerinə yetirib. Xidməti ərzində "AQS" üzrə yarışmalara gedib nəaliyyətlər qazanıb. 2019-cu ilin iyul ayında hərbi xidməti bitirib.

M.Məmmədov mülki həyata qayıtdıqdan sonra imtahan verib "Azərişıq"da işə düzəlib, mühəndis kimi fəaliyyətə başlayıb.

Murad idmana da böyük həvəs göstərirmiş. Uzun müddət cüdo ilə məşğul olub. Uşaq yaşlarından Türkiyənin "Qalatasaray" futbol klubuna azarkeşlik edib.

Vətən müharibəsi başlayandan bir neçə gün sonra - 2020-ci ilin oktyabrın 1-də orduya könüllü yazılıb. Həmin dövrdə qardaşı Nurlan artıq döyüşlərdə iştirak edirdi.

M.Məmmədov Füzuli, Cəbrayıl, Qubadlının düşmən tapdağından azad olunması üçün döyüşüb. Oktyabrın 26-sı Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub.

Allah rəhmət eləsin!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam