Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Sən tualetə girib qapını bağlayırsan…” –Paşinyan xalqa müraciətində nələr dedi? 

“Sən tualetə girib qapını bağlayırsan…” – Paşinyan xalqa müraciətində nələr dedi? 

Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciət edib. 

Yenixeber.org: Erməni mediası xəbər verir ki, Baş nazir müraciətində Qarabağ savaşındakı uğursuzluğa görə keçmiş hakimiyyətləri ittiham edib.

“Qarabağ savaşındakı uğursuzluqların məsuliyyətini üzərimə götürdükdən sonra tənbəl olmayan hər kəs 20-30 il ərzində buraxılan səhvlərdə də məni günahlandırmağa çalışır. İş o yerə çatıb ki, Dağlıq Qarabağı tərəf olaraq danışıqlar prosesindən çıxaran və münaqişəni Ermənistan-Azərbaycan müstəvisinə daşıyan şəxs bizi Qarabağ probleminin ərazi mübahisəsinə çevirməkdə ittiham edir. 

Qarabağ problemi 20 il əvvəl, Ermənistan Dağlıq Qarabağın əvəzinə danışıqlara başlayanda ərazi mübahisəsinə çevrilmişdi. Bizi ittiham edirlər ki, beynəlxalq aləm Azərbaycanın aqressiyasını torpaqlarını işğaldan azad etmək kimi qəbul edib. Bu ittihamı o şəxs irəli sürür ki, ölkəyə rəhbərlik edəndə erməni xalqını inandırmağa çalışırdı ki, Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi faktının beynəlxalq səviyyədə rəsmiləşdirilməsi təhlükəli deyil. Sən təyyarədə tualetə girib qapını bağlayırsan, sənədlərə “işğal olunmuş” sözü yazılır. Ona görə də “işğal olunmuş” ifadəsində qorxulu heç nə yoxdur. ”, - deyə Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, o 2000-ci illərdə hər kəsə məlum olan həqiqətlər barədə danışır. “Nəzərinizə çatdırıram ki, Qarabağ münaqişəsinin ərazi mübahisəsi kimi qəbul edilməsi 2020-ci ildə baş verməyib. Bu qənaət 25 il müddətində formalaşıb və tədricən işğalçı kimi qəbul edilən Ermənistan üçün ciddi problemə çevrilib. Bu son 2 ildə baş verməyib, əksinə, son 2 ildə bu qarmaqarışıq çevrədən çıxmağa cəhd göstərilib”, - deyə o əlavə edib.

Paşinyan daha sonra Qarabağ münaqişəsi ilə bağlı müharibəyə qədər aparılan danışıqları, qəbul edilən sənədləri erməni diplomatiyasının uğursuzluğu kimi qiymətləndirib. 

“Son 25 ildə Azərbaycanın ərazilərinin işğal edildiyi və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı müxtəlif beynəlxalq sənədlərin imzalanması diplomatik uğurdurmu? 2013-cü ildə Azərbaycanın hərbi eskalasiyaya başlaması və buna görə heç kimin onu qınamaması diplomatik uğur idimi? Niyə belə oldu? Çünki təyyarənin tualetinə girib qapını bağlayırsan, sənədlərə “işğal olunmuş” sözü yazılır. Çoxları inanmayacaq, amma bu 2000-ci illərdə danışıqlar aparan şəxsin dedikləridir”, - deyə o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam