Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Prezidentlər Qarabağı müzakirə etdilər-AÇIQLAMA

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Yenixeber.org: Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilir ki, prezidentlər ikitərəfli münasibətlər və regional prosesləri müzakirə ediblər.

Türkiyə Prezidenti iranlı elm adamı Möhsün Fəxrizadənin sui-qəsd nəticəsində həyatını itirməsindən üzüntü duyduğunu ifadə edərək, İran xalqına və mərhumun ailəsinə başsağlığı verib. Bu sui-qəsdin bölgədə sülh və sabitliyi hədəf aldığını diqqətə çatdıran Türkiyənin dövlət başçısı bölgədə sabitliyi pozmağa çalışan qaranlıq dairələrin ümidlərinin boşa çıxacağına inamını ifadə edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin artıq yeni bir mərhələyə qədəm qoyduğunu və bu dövrdə də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə kölgə sala biləcək hər yönlü məqamlardan qaçmağın önəmli olduğunu, davamlı sülhün və sabitliyin təsis olunmasının yeni fürsətlər imkanı açacağını, yeni mühitin Ermənistan da daxil olmaqla bütün bölgə ölkələri üçün faydalı olacağını ifadə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam