Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Qarabağın -xalça xəritəsi

Qarabağın xalça xəritəsi
Qarabağın hər şəhərinin, hər kəndinin özünəməxsus xalça ənənələri var. Tarixən burada istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövqünü əks etdirib.
Yenixeber.org: Bunu nəzərə alaraq, İkinci Qarabağ müharibəsi günlərində Azərbaycan Milli Xalça Muzeyi “Qarabağ xalça xəritəsi”ni hazırlayaraq izləyicilərə təqdim edib.

Qeyd edək ki, bu xəritədə hər bir şəhərə, rayona aid xalça nümunələri ağ-qara rənglərdə təsvir olunub. Müqəddəs torpaqlarımız işğaldan azad olunduqca “Qarabağ xalça xəritəsi” də al-əlvan rənglərə boyanıb.

Bu gün isə nəhayət ki, səbirsizliklə gözlədiyimiz gün gəlib çatdı. Artıq “Qarabağ xalça xəritəsi”ni tam rənglənmiş şəkildə izləyicilərə təqdim edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun qüdrəti sayəsində illərdir Qarabağ həsrəti çəkən insanlarımız öz yurdlarına qayıdacaqlar. Qız-gəlinlərimiz yenidən Azərbaycan xalqının ruhunu, hisslərini özündə əks etdirən əsrarəngiz, tayı-bərabəri olmayan biri-birindən nəfis xalçaları Qarabağda toxuyacaqlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam