Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri tapıldı -Foto

Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri tapıldı  - Foto

2014-cü ildən erməni girovluğunda saxlanılan Dilqəm Əsgərova məxsus dəftər Şuşa qalasından tapılıb.

Yenixeber.org: Bu barədə girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

K.Əsgərov deyib ki, hazırda Şuşada olan hərbçilərdən atasına aid bir nişan tapmağı xahiş edib:

“Bildiyiniz kimi, ordumuz Şuşaya girənə qədər atamgil Şuşa qalasında saxlanılıb. Hazırda orada olan hərbçi dostlardan xahiş etdim ki, qalaya daxil olarkən atama məxsus olan paltar, yaxud hansısa əşya olsa, mənə xəbər etsinlər. Sağ olsunlar, əsgərlərimiz oradan mənə bir şeir dəftəri tapdıqlarını dedilər. Əlyazısından atama məxsus olduğuna əminəm. Ordan dəftərin şəklini çəkib mənə atdılar. İndi məlum olur ki, atam orda olanda şeir yazırmış”.

K.Əsgərov Modern.az-a açıqlamasında deyib ki, sözügedən dəftər hələ ki hərbçilərimizdədir.

Qeyd edək ki, ordumuz Şuşaya daxil olmazdan bir neçə gün əvvəl erməni girovluğunda saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev Dağlıq Qarabağdan Ermənistana köçürülüb.

Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri tapıldı  - Foto

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam