Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyan ilk dəfə gizli məqamları açıqladı –"Putin dedi ki, bunu Əliyevlə danışıb sənə zəng edəcəyəm"


Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsinin müzakirəsi vaxtı baş verənlərdən danışıb. 
Yenixeber.org: Paşinyan “facebook” səhifəsindən  yayımladığı statusunda bildirib ki, separatçıların başçısı Arayik Harutyunyan onu çağırıb müharibəni saxlamaq istədiklərini bildirib:

“Mən keçmiş prezidentlər Serj Sarkisyan, Robert Köçəryan, Ter Petrosyanla müzakirə aparmışam. Onlar da razılığın əldə olunmasının vacibliyi barədə mənə dedilər. Bu qərar tək mənim qərarım deyildi. Rusiya prezidentinə zəng edib təkliflərimi dedim. Eyni gün Milli Məclisin nümayəndələrini görüşə dəvət etdim. Müxalifəti də məlumatlandırdım və ümumi razılığa gəlməyimiz, xalqdan heç nəyi gizlətməyəcəmi bildirdim. Ancaq mən açıq bəyanat yaya bilmədim. Çünki, Azərbaycan təklifimi rədd etsəydi, bu bütün müqavimətimizin çöküşü demək idi". 
Paşinyan bundan sonra çarəsiz qalaraq yenidən Putinə zəng etdiyini bildirir:
“Sonra Rusiya prezidentinə yenidən zəng etdim və şərtlərlə razı olduğumu bildirdim. Putin mənə dedi ki, səhər İlham Əliyevlə danışıb mənə geri zəng edəcək. Putin mənə zəng edib dedi ki, Şuşanın boşaldılması üçün öhtəlik götürülməlidir. Ancaq mən bunu qəbul etmədim. Hadrudla razılaşsam da Şuşanın verilməsini təsəvvürümə gətirə bilmirdim. Bu bizim üçün yaxşı olmayacaqdı. Bu səbəblə atəşkəsdə razılığa gələ bilmədik”. 
Bundan sonra isə müharibə yenidən davam etdi, Şuşa Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilir və Paşinyan bəyanatla razılaşmağa məcbur olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam