Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ter-Petrosyan və Koçaryan Moskvaya niyə getmədi? -Paşinyan detalları açıqladı

Ter-Petrosyan və Koçaryan Moskvaya niyə getmədi? -  Paşinyan detalları açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı separatçı rejimin birinci və ikinci “prezidentləri” Levon Ter-Petrosyan və Robert Koçaryanın Moskvaya planlaşdırılan, lakin baş tutmayan səfərləri barədə detalları açıqlayıb.
Yenixeber.org: Paşinyanın sözlərinə görə, oktyabrın 20-də Arkadi Qukasyan və Bako Saakyan müharibə dövründə milli birliyin əlaməti olaraq Ermənistanın keçmiş və hazırkı rəhbərliyinin görüşünün təşkilini təklif ediblər.

Paşinyan deyib ki, bəzi müzakirələrdən sonra razılaşıb və keçmiş prezidentlər hazır olan kimi belə bir görüşün təşkili barədə razılıq əldə edilib. Daha sonra Qukasyan və Saakyan Ermənistanın birinci və ikinci prezidentlərinin Moskvaya getmək, bir sıra yüksək səviyyəli görüşlər keçirmək istədiklərini və yalnız bundan sonra onunla görüşüb, alınan məlumatları müzakirə edə bilərlər.

"Razılaşdım və hətta xüsusi uçuş həyata keçirməyə hazır olduğumu bildirdim. Ancaq razılığımdan sonra “Artsaxın” (Qarabağ -red) keçmiş “prezidentləri” daha bir məsələni dilə gətirdilər. Vasitəçilik edərək məndən Vladimir Putindən Koçaryan və Ter-Petrosyanı xüsusi nümayəndə kimi qəbul etməsini istədilər. Cavab verdim ki, Rusiya Prezidenti ilə daim əlaqə saxlayıram və bəzi günlərdə onunla 5-6 dəfə telefonla danışıram. Əgər o məndən soruşsaydı ki, birbaşa nəyi deyə bilmirəm ki, bunu xüsusi vasitəçilərlə çatdırmaq istəyirəm, onda nə cavab verərdim? Eyni sual Xarici İşlər naziri Sergey Lavrov tərəfindən qəbul edilmələri ilə bağlı da ortaya çıxdı", - deyə Paşinyan yazıb.

Paşinyanın sözlərinə görə, Ter-Petrosyan və Koçaryanın təqaüdçü prezidentlər olaraq Moskvaya protokol səfərinin təşkil edilməsini təklif edib ki, onlar Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevlə görüşsünlər və səfər zamanı Prezident, Xarici İşlər naziri və başqaları ilə görüşlər təşkil etsinlər. Qukasyan və Saakyan bu seçimi keçmiş prezidentlərlə müzakirə edəcəyini vəd edərək gediblər.

"Məlum oldu ki, onlar bu təkliflə o qədər də maraqlanmayıblar. Mənim üçün gözlənilmədən Saakyan dedi ki, Ter-Petrosyan və Koçaryan artıq Lavrovla görüşmək barədə razılığa gəiblər. Onda mənim nə etməyimi istəyirdilər? Qoy Moskvaya gedib, görüşsünlər. Məlum oldu ki, Koçaryanın pasportu məhkəmədədir və pasportun qaytarılması üçün vəsatət qaldırmağı tövsiyə etdim, prokurorluqdan etiraz etməməsini xahiş edəcəyimi dedim. Belə də oldu. Koçaryanın pasportu geri qaytarıldı, ancaq o və Ter-Petrosyan Moskvaya getmədilər".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam