Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistanın 70-ə yaxın əsgər və zabitini məhv edən igid-FOTO+VİDEO

 

Yenixeber.org: 44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı. Onların sırasında əslən Quba rayonundan olan Sumqayıt şəhər sakini, xüsusi təyinatlı qüvvələrin giziri şəhid Mehrab Söhrab oğlu Niftəliyev də var.

 Niftəliyev Mehrab Söhrab oğlu 1985-ci il 13 may tarixində Quba şəhərində doğulub. 17 il Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə qüsursuz xidmət edib. O, ölkəmizlə yanaşı, digər xarici ölkələrdə təşkil edilən hərbi təlimlərdə uğurlara imza atıb. O xüsusən çətin hərbi təlim sayılan "Qafqaz qartalı" və "EFES" təlimlərini keçib. Hərbi xidmətə başladığı ilk gündən bacarığı və atdığı addımları ilə komandanlığın diqqətini cəlb edən Mehrab Niftəliyev çox keçmir ki, döyüş bölgəsinə göndərilir. Ayrı-ayrı cəbhə bölgələrində erməni işğalçılarına qarşı ölüm-dirim savaşlarında iştirak edir.

Döyüş yoldaşları deyir ki, müharibənin ən qızğın döyüşləri Cəbrayıl, Füzuli və Şuşa döyüşləri istiqamətində olub ki, Mehrab da bu döyüşlərdə düşmənin bir neçə zabit və hərbi qulluqçusunu, eyni zamanda zirehli texnikasını şəxsən məhv edib. Mehrab Niftəliyev noyabrın 8-i Şuşada qəhrəmancasına şəhid olub. O, Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Ailəlidir, 3 övladı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam