Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İİTKM -Vətən müharibəsi, post-konflikt dövründə fəaliyyətə aid hesabat verib

İİTKM Vətən müharibəsi, post-konflikt dövründə fəaliyyətə aid hesabat verib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Vətən müharibəsi və post-konflikt dövründəki analitik-informasiya və kommunikasiya tədbirləri barədə 

hesabat 

təqdim edib.

Yenixeber.org: Qurumun Kommunikasiya departamentinin rəhbəri Zənurə Talıbova bildirib ki, sənəddə bu il sentyabrın 27-dən noyabrın 20-ə qədər İİTKM-nin Qarabağın iqtisadi inkişafı və Ermənistanla resurs müharibəsi mövzusunda hazırlanan materialların bir qismi barədə məlumatlar təqdim edilib.

Göstərilib ki, İİTKM-in 400-ə yaxın məqalə, müsahibə və şərhi dünyanın nüfuzlu media orqanlarında Azərbaycan, rus, ingilis, erməni, ispan, rumın, urdu və bolqar dillərində dərc olunub. Həmin məqalələrin bir qismi hesabatda nümunə kimi göstərilib.

Eyni zamanda yerli və beynəlxalq teleradio kanallarına açıqlamalar verilib. 20-ə yaxın TV və radioda 90-a yaxın çıxış olub, Vətən müharibəsinin gedişində fərqli istiqamətlər üzrə 4 mətbuat konfransı keçirilib, İİTKM-in hazırladığı araşdırmalar təqdim edilib. Bu araşdırmalar əsasən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində dinc əhaliyə və mülki infrastruktura dəymiş ziyan, Ermənistanın hərbi itkiləri barədə olub.

İİTKM–in sosial şəbəkələrdəki rəsmi səhifələrində 500-dən artıq məlumatlandırıcı postlar paylaşılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam