Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI:
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -
Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:
Günün xəbəri

PAŞA Bank Şuşada regional filialını açacaq

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, erməni işğalından azad edilmiş Şuşa şəhərində Bankın yeni filialını açmağa hazır olduğunu açıqlayıb.

Yenixeber.org: Müvafiq qərar PAŞA Bankın 2021-2023 dövrü üçün yeni İnkişaf Strategiyasında əksini tapacaq.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ölkəmizin müasir tarixində dönüş nöqtəsidir. Bu, dövlət başçısının güclü siyasi iradəsi, Azərbaycan xalqının birliyi və ölkə Prezidentinə inamı sayəsində mümkün olub.

“Ölkəmizin hər bir vətəndaşı, hər bir vətənpərvər azərbaycanlı dövlət bayrağımızın azad edilmiş torpaqlarda yenidən dalğalanmasını bu illər ərzində səbirsizliklə gözləyirdi və bu sevincli an gəldi çatdı. Hər birimizi bu böyük qələbə münasibətilə təbrik edirəm!

İşğaldan azad edilmiş ərazilər kənd təsərrüfatı, qiymətli metalların hasilatı, nəqliyyat və logistika, turizm və otelçilik, İT və iqtisadiyyatın real sektorunun bir çox digər seqmentləri üzrə fəaliyyət sahələrində misilsiz iqtisadi potensiala malikdir. Şuşada PAŞA Bankın filialını açmaqla biz bütün təcrübə və biliklərimizi tətbiq etməklə dövlətin azad edilmiş ərazilərə yönəlmiş bütün təşəbbüslərinin və reinteqrasiyanın həyata keçirməsinə, eləcə də sahibkarlığın inkişafına və həm ölkədaxili, həm də xaricdəki tərəfdaşlarla əlaqələrin qurulmasında dəstək verməyə hazırıq”, - deyə PAŞA Bankın sədri vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam