Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Bayden həlledici 16 səsi qazandı –Demokrat namizəd Corciya ştatında qalib gəlib

Co Bayden həlledici ştatlardan Corciyada Prezident Donald Trampdan önə çıxıb. 3 noyabr prezident seçkisinin bülletenləri hələ də sayılmaqdadır.

Yenixeber.org: Bir sıra media orqanlarının məlumatına görə, noyabrın 6-da Bayden 917 səs fərqliə önə çıxıb. Corciya ştatından 16 seçki kollegiyası səsi olmadan, Tramp, qalib olmaq üçün gərəkən 270 səsi yığa bilməyəcək. Bayden Corciyada qalib gələrsə, 1992-ci ildə Bill Klintondan sonra bu ştatda udmuş ilk demokrat namizəd olacaq. O, Nevada və Arizona ştatlarında cüzi fərqlə irəlidədir. Tramp isə Pensilvaniyada öndə gedir.

Amerikalılar narahatlıqla seçkinin nəticəsinin elan olunmasını gözləyirlər. Bu arada Tramp heç bir dəlil ortaya qoymadan, hələ səssayma prosesinin davam etdiyi ştatlarda saxtakarlıq baş verdiyini iddia edib, hüquqi addımlar atmaqla hədələyib.

Bayden Pensilvaniyada, yaxud Corciya, Nevada və Arizona üçlüyündən ikisində qalib olarsa prezident seçilir. Tramp isə qalib olmaqdan ötrü Pensilvaniyadakı üstünlüyünü saxlamalı, Baydeni Corciyada və Nevada, yaxud Arizonada məğlub etməlidir.

Seçki nəticələrinin xəritəsi daraldıqca Trampın seçki qərargahı səssayma prosesinə qarşı hüquqi addımlara start verib, eyni zamanda seçkinin nəticələrini şübhə altına alır.

Prezident elə kampaniya dövründə də ölkənin səsvermə sisteminin bütövlüyünə hücum edir, seçki saxtakarlığına dair əsaslandırılmamış iddialar irəli sürürdü. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam