Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Paşinyan indi də xilasediciləri ölümə göndərdi

 

 Ermənistan rəhbərliyi döyüş meydanında ağır itkilər verən ordusunu qadınlar, uşaqlar və digər “könüllü”lərlə məcburi şəkildə komplektləşdirməyə çalışır.
Yenixeber.org: Qeyri-peşəkar hərbçilərdən formalaşmış zəif ordu ilə çöküşünü tezləşdirən baş nazir Nikol Paşinyan sözün əsl mənasında başını itirib. O, artıq bir neçə vaxtdır ki, ordudakı əsgər çatışmazlığını aradan qaldırmaq üçün bütün dövlət qurumlarının işçilərini səfərbər edir.

Paşinyan indi də Fövqəladə Hallar Nazirliyinin xilasedicilərini ölümə göndərməyə başlayıb. Belə ki, bu gün xilasedicilərdən ibarət könüllü qrup cəbhə bölgəsinə yola düşüb.

Ermənistanın fövqəladə hallar naziri Feliks Çolakyan bu barədə “Facebook” səhifəsində yazıb: “Cəbhə xəttinə yola düşməzdən əvvəl xilasedicilərimiz Fövqəladə Hallar Nazirliyinin bölmə rəhbərlərinin nəzarəti altında müvafiq təlim keçdilər. Qalib qayıdın, eyni heyətlə hamınızı gözləyirik".
Çolakyanın ən müasir silah və hərbi texnikalara sahib olan Azərbaycan Ordusunun üzərinə göndərdiyi xilasedicilərin qalib qayıtmaq ehtimalı sıfıra bərabərdir. Penitensiar, polis və digər dövlət qurumlarının işçilərini məcburi şəkildə "könüllü" kimi cəbhənin ən qaynar nöqtələrinə göndərən Paşinyanın son ümidi FHN işçilərinə qalıb. Lakin bu, bir həqiqətdir ki, məğlub Nikolu heç xilasedicilər də xilas edə bilməyəcək. Çünki onun qarşısında torpaqlarını işğaldan azad edən müzəffər Azərbaycan Ordusu dayanır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam