Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Ermənistan iki səbəbdən meyitlərindən imtina edir”

“Ermənistan iki səbəbdən meyitlərindən imtina edir”
Ermənistan terror dövlətidir, apardığı müharibə heç bir qayda-qanuna, beynəlxalq hüquqa sığmır. Beynəlxalq hüququn normaları var ki, humanitar məqsədlə atəşkəs elan olunan zaman yaralılar, meyitlər, döyüş itkiləri dəyişdirilə, sahibinə çatdırıla bilər. Azərbaycan bu qayda qanunlara əməl edir və dəfələrlə Ermənistana təklif edib ki, gəlin meyitlərinizi götürün. Lakin onlar öz itkilərindən imtina edirlər.
Yenixeber.org: Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Deputat bildirib ki, Ermənistanın öz meyitlərindən imtina etməsinin iki məqsədi ola bilər.

“Birincisi, əgər meyitlər kütləvi şəkildə dövlət sərhəd ərazilərindən və yaxud Gürcüstan ərazisindən gələrsə, ölü sayı onların açıqladığından çox olacaq. Meyitlərin say çoxluğu Ermənistanda böyük ictimai partlayışa gətirib çıxara bilər. Onlar bunu yaxşı bilir, bu səbəbdən imtina edirlər. Ermənistan hökuməti öz vətəndaşlarına döyüş itkilərinin sayını olduqca aşağı göstərir. Açıqladıqları rəqəmlər reallıqdan uzaqdır.

İkincisi, Ermənistan tərəfində döyüşçülərin çoxu erməni vətəndaşları deyil, muzdla gətirilənlərdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açıq şəkildə deyib ki, Ermənistan Dağlıq Qarabağda 600 dollara PKK terrorçularını gətirib döyüşdürür”.

M.Quliyev qeyd edib ki, Ermənistanın mübadiləni döyüş bölgəsində aparılması iddiasının heç bir arqumenti yoxdur.

“Döyüş bölgəsində meyitləri niyə götürürsən. Çünki meyitləri götürüb, digər bir tərəfdə basdırmaq istəyir, məqsədi bundan ibarətdir. Sərhəd bölgəsində qəbul edəndə itkiləri gizlədə bilməyəcək. Onların niyəti bundan ibarətdir. İşğalçı ölkənin siyasətinə baxın, onlar üçün döyüşdə ölmüş gənc insanların dəyəri belə yoxdur. Beynəlxalq təşkilatlar, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər humanitar təşkilatlar öz mövqelərini ortaya qoymalıdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam