Redaktor seçimi
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Paşinyanın döyüşə göndərdiyi aktyorlar: Biri öldü, digəri itkin düşdü

 

Ermənistan ordusunda əsgər çatışmazlığı problemi getdikcə artır. Artıq orduya qadın və uşaqları cəlb edən işğalçı ölkə rəhbərliyi ölmüş hərbçilərin meyitlərini ya gizlədir, ya da humanitar atəşkəsi pozmaqla döyüş meydanından onları götürüb yaxınlarına təhvil vermir.
Yenixeber.org: Məlumata görə, bir müddət əvvəl döyüşə cəlb edilmiş erməni aktyoru Ovanes Xoderyanın ailəsi ondan xəbər tuta bilmir. Yaxınlarına onunla bağlı heç bir məlumat verilmir. Aktyorun nə ölüsündən xəbər var, nə də dirisindən...

Ovanesin bacısı Nelli Xoderyan deyib ki, artıq 11 gündür qardaşından məlumat yoxdur. Ovanes qardaşı Mihran Xoderyanla birlikdə 6 oktyabr tarixində cəbhəyə aparılıb. 22 yaşlı aktyorun bacısı cəbhədəki vəziyyətlə bağlı məlumatların ictimaiyyətdən gizlədildiyini bildirib:

“16 oktyabrda Hadrutda qardaşlarım Mihran və Ovanes də daxil olmaqla 26 nəfər mühasirəyə düşüblər. Sağ qalan Mihran deyir ki, Ovanes silahını sazlayana qədər Azərbaycan əsgərlərinin onlara tərəf yaxınlaşdığını görüb. Ovanes mühasirədən qaçan zaman çiynindən yaralanıb. Dostlarından biri onu xilas etmək üçün meşəyə tərəf aparmağa çalışıb. Elə həmin vaxt partlayış olub. Qardaşım Mihran huşunu itirib. Sonra oyandıqda sağ qalan əsgər yoldaşlarının onu sürüyərək apardığını görüb. Qardaşım qışqırıb ki, Ovhanes mühasirədə qaldı. Ancaq geri dönə bilməyiblər".



Ovanesin qohumları ondan xəbər almaq üçün bütün aidiyyəti qurumlara müraciət etsələr də, cəhdləri boşa çıxıb. Nelli isə gileylənib ki, qardaşının adı hələ də ölən əsgərlərin siyahısında yoxdur:

"Ondan heç bir xəbər verilmir. Ölənlərin siyahısında adına rast gəlmirik. İtkin düşməyi barədə heç nə demirlər. Mihran indi evdədir, tibbi yardıma ehtiyacı olmasa da, ciddi psixoloji sarsıntı keçirib. Mihran qardaşımın sağ olmasına ümidlidir. Çünki yalnız çiyni zədələnmişdi və bu ölümcül zədə olmamalıdır".

Xatırladaq ki, Ovanes Azərbaycan ordusuna qarşı döyüşən ilk aktyor deyil. Beş gün əvvəl Dağlıq Qarabağda döyüşə qoşulan İrəvan Dövlət Pantomima teatrının aktyoru Ovanes Adjinyan məhv edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam