Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Kuçma və Foksman İlham Əliyevə məktub göndərdi-MƏTN

 

1994-2005-ci illərdə Ukraynanın Prezidenti olmuş Leonid Kuçma və ABŞ-ın Nyu-York şəhərindəki Yəhudi İrsi Muzeyinin Qəyyumlar Şurası sədrinin müavini Abraham Foksman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
Yenixeber.org: Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Son günlərdə Ermənistan tərəfindən Gəncə şəhərində yaşayış binalarına edilmiş hücum nəticəsində, habelə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda həyatını itirmiş insanların yaxınlarına və zərər çəkmiş şəxslərə dərin hüznlə başsağlığı vermək istərdik. Mülki insanlara qarşı yönəlmiş bütün qanunsuz hərəkətləri qınayırıq.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın BMT tərəfindən qəbul edilmiş ərazi bütövlüyü çərçivəsində dərhal icra edilməlidir.

Cənab Prezident, biz həmsədrlərimiz xanım Vayra Vike-Freyberqa, İsmail Serageldin, eləcə də Mərkəzin baş katibinin sonsuz dəstəyi ilə əməkdaşlıq çərçivəsində çalışaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzində Dağlıq Qarabağla bağlı müzakirələr aparırıq.

Cənab Prezident, Sizə yüksək hörmət və ehtiramımızı bildiririk".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam