Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Kinematoqraflar -İlham Əliyev və Mehriban Əliyevaya məktub yazıb

Kinematoqraflar İlham Əliyev və Mehriban Əliyevaya məktub yazıb
Türkiyə, Böyük Britaniya, İtaliya və Portuqaliyadan olan kinematoqraflar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya məktub yazıb.

Yenixeber.org: Məktubda deyilir:

"Möhtərəm cənab Prezident İlham Əliyev!

Əziz Mehriban xanım Əliyeva!

Biz, Böyük Britaniya, İtaliya, Portuqaliya və Türkiyədən olan kinematoqraflar 2011-2012-ci illərdə “Bakı, səni sevirəm” adlı beynəlxalq layihə işləyib hazırlamışıq. Çəkilişlər Azərbaycanın paytaxtı Bakıda həyata keçirilib. Bakının gözəlliyinə və azərbaycanlıların qonaqpərvərliyinə heyran olduq!

Son günlər Azərbaycandan gələn xəbərlər bizi narahat edir. Gəncə şəhərinə raket hücumu nəticəsində günahsız insanların həyatını itirməsi bizi çox üzdü. Qurbanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığımızı bildiririk.

Baş verənlər bizi hiddətləndirib! Müasir dünyamızda belə hallar olmamalıdır!

Sizə və gözəl xalqınıza mənəvi dəstəyimizi ifadə etmək istərdik. Səmimi-qəlbdən arzu edirik ki, müharibə tezliklə başa çatsın. Qoy, Azərbaycanın ərazi bütövlüyü və Azərbaycan xalqının rifahı əbədi olsun!

Biz Sizinləyik!"

Türkiyədən aktrisa Eyşan Özhim

Portuqaliyadan rejissor Andre Badalo

İtaliyadan aktyor Alesandro Bertoluçi

İngiltərədən rejissor Aleksandr Fodor

Türkiyədən prodüser Nadir Maçanov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam