Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İrəvanda HAYasızlıq: Zəhranın fotosu erməniləri ifşa etdi

 

Bu gün İrəvandakı İsrail səfirliyinin qarşısında etiraz aksiya keçirilib. Bir qrup şəxsin iştirak etdiyi aksiya Azərbaycan, Türkiyə və İsrail əleyhinə yönəlib.
Yenixeber.org: Ermənistan ordusunun Gəncəyə raket hücumu ərəfəsində belə bir aksiyanın məqsədli şəkildə diqqətləri yayındırmaq üçün təşkil edildiyi şübhə doğurmur. Dünyanın əksər ölkələrinin Gəncə terrorunu lənətlədiyi bir vaxtda 5-10 nəfərin əlində qanlı uşaq şəkilləri olan plakatlarla səfirliyin önündə peyda olması ilk baxışdan diqqət çəkir. Hər üç ölkəni guya mülki şəxsləri və azyaşlıları "qətlə yetirməkdə" günahlandıran aksiya iştirakçılarından birinin əlində tutduğu plakat özləri də bilmədən İrəvanın aksiya şousunu ifşa edir...



Fotoya diqqətlə baxın. Fotoda öldürülmüş erməni uşaq kimi təqdim edilən azyaşlı 4 il əvvəl Füzulidə Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olan Zəhra Quliyevadır. Görünür, İrəvan sakinləri internetdən götürülən fotonun kimə aid olduğunu bilmədən tələm-tələsik İsrail səfirliyinə yan alıblar. Əlində Zəhranın plakatını tutan erməni qadın var gücü ilə guya "erməni" uşağın qətlə yetirildiyini deyir və hesab edir ki, belə abrusd teatr tamaşası ilə Gəncə olaylarının istiqaməti İrəvana yönələcək. Çirkin planı anındaca ifşa edərək fotonun azərbaycanlı Zəhra Quliyeva olduğunu müəyyən etdik.

Xatırladaq ki, Füzulinin Alxanlı kəndinin düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Nə qədər qəribə görünsə də, erməni həyasızlığı sərhəd tanımır. 4 il əvvəl özlərinin öldürdüyü qızcığazı bu gün erməni kimi təqdim etməklə Azərbaycanı yox, işğalçı ölkələrini gülün vəziyyətə saldılar....

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam