Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Komendant saatının tətbiqi məntiqli və düzgündür" -Hüquqşünaslar

Azərbaycanda "Hərbi vəziyyət haqqında" Qanuna əsasən, sentyabrın 28-dən hərbi vəziyyət elan edilib. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında da saat 21:00-dan 6:00-dək komendant saatı tətbiq edilib.

 

Yenixeber.org: "Paytaxt Bakıda, eləcə də paytaxt ətrafındakı şəhər və rayonlarda hərbi vəziyyət, komendant saatı elan olunması hər bir azərbaycanlının müharibəyə səfərbər olması anlamına gəlir". Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat məd Seyidov bunu "Turan" agentliyinə söyləyib. 

Onun fikrincə, ölkənin təhlükəsizliyinin tam təmin edilməsi üçün hərbi vəziyyət və bəzi yerlərdə komendant saatı tətbiq olunması zərurətdir: "Biz acı tarix yaşamışıq. Çox gözəl bilirik ki, təxribat, metroda terror aktları törədənlər, əhaliyə qarşı cinayət işləyənlər hər zaman hər yerdə ola bilərlər. Ona görə hesab edirəm ki, hərbi vəziyyət və komendant saatı ancaq cəbhə bölgəsinə tətbiq oluna bilməz. Bu gün cəbhə, səfərbərlik hər bir azərbaycanlının daxilindədir. Ona görə də hərbi vəziyyətin Bakıda da tətbiq olunması və həyata keçirilməsi, komendant saatının mövcudluğu tamamilə məntiqi və düzgündür".

"Bakıda da hərbi vəziyyət elan olunması və komendant saatı tətbiq edilməsi yaranmış situasiyaya tamamilə adekvatdır". Bunu isə "Azadlıq" radiosuna hüquqşünas Fuad Ağayev bildirib. 

Hüquqşünas bildirib ki, "Hərbi vəziyyət haqqında" Qanunda çoxsaylı tədbirlər öz əksini tapır. "Qanunun layihəsini hazırlayanlar dəqiq göstərməli idilər ki, həmin qanunda olan çoxsaylı məhdudiyyətlərdən hansıları tətbiq olunacaq. Yəni, bu məsələyə aydınlıq gətirilmir", - F.Ağayev vurğulayıb.

"Bakı cəbhə bölgəsindən nə qədər uzaq olsa da, ərazisində müharibə gedən ölkənin paytaxtıdır. Bir çox səbəblərə görə Bakıda hərbi vəziyyət, komendant saatı tətbiq elan olunması zərurətdir".

Bunu isə istefada olan hərbçi- hüquqşünas Telman Əbilov bildirib. Onun fikrincə, indiki həssas dönəmdə paytaxtın fəaliyyət rejimi qorunmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam