Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

İraqlı deputat: -"Azərbaycanın yanındayıq, xoş xəbərlər gözləyirik"

İraqlı deputat: Azərbaycanın yanındayıq, xoş xəbərlər gözləyirik

“Biz İraq türkmənləri olaraq azərbaycanlı qardaşlarımızın haqlı davasını dəstəkləyirik”.

Yenixeber.org: Bunu açıqlamasında Ərbil şəhərindən İraq Türkmən Cəbhəsini (ITC) ölkə parlamentində təmsil edən millət vəkili Aydın Maruf deyib.

Onun sözlərinə görə, Ermənistan artıq 30 ildir Azərbaycanın sülh çağırışlarına məhəl qoymadan dünyanın gözü qarşısında cinayət işləməyə davam edir: "Bu illər ərzində Ermənistan işğalçılıq siyasətindən bir addım belə geri addım atmadı. Onların sərhəd bölgəsində mülkü əhaliyə qarşı törətdikləri cinayət insanlığa və beynəlxalq hüquqa tamamilə ziddir. Xüsusilə son vaxtlarda Ermənistan tərəfindən Azərbaycana qarşı mütəmadi olaraq davam edən təxribatlar bölgədə sülhü, insan haqlarını və beynəlxalq hüququn pozulması deməkdir. Heç bir səbəb bundan sonra Azərbaycanı dayandıra bilməz. Bu gün güclü Azərbaycan dövləti və ordusu var. O, sadəcə irəli gedib öz torpaqlarını işğaldan azad etməlidir”.

A.Maruf bütün türkmənlərin Azərbaycanın yanında olduğunu, xoş xəbərləri həyəcanla gözlədiyini vurğulayıb: “Gözəl xəbərlər alırıq. Ürəyimiz Azərbaycan əsgərinin qəlbi ilə döyünür. Qarabağ bizimdir! Qarabağ Azərbaycanındır! Azərbaycanda şəhid olan hər bir əsgər bizim övladımızdır. Ərbildən türkmənlər adından azərbaycanlı qardaşlarımıza səslənirik və deyirik ki, möhkəm olun, ürəyimiz sizinlədir! Qələbə bizim olacaq!"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam