Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Qismən səfərbərliyə kimlərin cəlb olunacaq? –Dövlət Xidməti rəsmisindən açıqlama

“Bu gün Ali Baş Komandanın müvafiq sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib”.

Yenixeber.org: Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev deyib.

Onun sözlərinə görə, sərəncamla quruma tapşırılıb ki, təsdiq edilmiş proqramlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağrılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirləri həyata keçirsin: “Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər – əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində ordunun komplektləşdirilməsinə cəlb olunacaq”.

Z.Abdullayev həmçinin bildirib ki, Xidmət Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin hərbi hissələrə təhvil verilməsini təmin etmək imkanlarına malikdir: “Xidmət adından hərbi vəzifəlilərin diqqətinə çatdırırıq ki, onlara zənglər və SMS-lər daxil olduqda hərbi qeydiyyatda olduqları Xidmətin yerli idarə və şöbələrinə gəlsinlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam