Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AQTA -kafe və restoranla baglı məsələyə aydınlıq gətirib

AQTA kafe və restoranların yenidən bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə obyektlərinin yenidən bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirib. 

Yenixeber.org: Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Facebook” səhifəsindəki "Təhlükəsiz Qida" adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, əgər koronavirusa yoluxma sayı kəskin artsa, idarəolunmaz səviyyəyə gəlib çatsa, sağalma sayını kəskin üstələsə, bu zaman müəyyən məhdudlaşmaların tətbiqi gözlənilə bilər: "Düzdür, artıq bütün dünya ölkələri kimi, Azərbaycan da virusla mübarizədə yeni təcrübələr əldə edib. Yeni təcrübələr də əsas verir ki, daha az məhdudlaşmaya getməklə tənzimləmə mümkün olsun.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son göstərişində məsələ bundan ibarətdir ki, sosial məsafə gözlənilsin, maskadan istifadə olunsun və şəxsi gigiyena qaydalarına riayət edilsin. Bütün bunlar məsələnin böyük hissəsini həll edir. Əgər hər kəs öz üzərinə düşən vətəndaş məsuliyyətini yerinə yetirsə, yoluxma sayı da azalacaq, eyni zamanda məhdudlaşmaların tətbiqinə zərurət də olmayacaq. Məsələyə yeni əldə edilmiş təcrübə ilə daha liberal yanaşıla bilər, amma burada son sözü Nazirlər Kabineti və Operativ Qərargah deyir”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam