Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Paşinyan ailəsində şok: -Akopyan dalaşıb, istefa verdi

Paşinyan ailəsində şok: Akopyan dalaşıb, istefa verdi

Paşinyan ailəsində hər şey qarışıqdır. Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan əri ilə mübahisə etdikdən sonra “Təbəssüm şəhəri” Fondunun Himayəçilik Şurasının sədri vəzifəsindən istefa verib.

 

Yenixeber.org: Akopyan öz gedişi barədə Feysbuk hesabında yazıb.

Ermənistanın AntiFake.am saytı baş nazirin ailəsində mübahisəyə nəyin səbəb olduğunu öyrənib.

Məlum olduğu kimi, Nikol Paşinyan şəxsi Feysbuk səhifəsində səhiyyə nazirinə “Yolyan” Hematoloji Mərkəzinin direktoru ilə əmək müqaviləsini uzatmaq tapşırığı verdiyini bildirib. Daha öncə Səhiyyə Nazirliyi Hematoloji Mərkəzin direktoru Samvel Danielyanla müqavilənin ləğvi barədə qərar qəbul etmişdi.

Problem ondan ibarət idi ki, professor Danielyanın vəzifəsinə Anna Akopyan namizəd idi. Arsen Torosyanın qərarı Hematoloji Mərkəzin tibb heyəti tərəfindən çox mənfi qarşılanıb. Onlar direktorun qanunsuz olaraq vəzifəsindən azad edilməsinə etiraz əlaməti olaraq ya işdən çıxacaqlarını, ya da qanunsuz qərara yenidən baxılmayacağı təqdirdə tətil elan edəcəklərini bildiriblər.

“Ölkədə və tibb müəssisələrində onsuz da gərgin olan vəziyyəti nəzərə alaraq, eləcə də vəziyyətin daha təhlükəli ola biləcəyini dərk edərək, Nikol Paşinyan professor Danielyanın işdən azad edilməsi qərarından imtina etmək qərarına gəlib. Lakin Anna Akopyan bu vəzifəyə namizədliyini israrlı şəkildə irəli sürməklə qanunsuz prosesin davam etdirilməsini tələb edib və gedən tibb işçilərinin yerinə öz adamlarının təyin olunacağını bildirdib. Nikol Paşinyan bunun əleyhinə idi” , - saytın mənbəsi bildirib. (Axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam