Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“BakuBus” avtobusları niyə yanıb? -SƏBƏB

“BakuBus” avtobusları niyə yanıb? -    SƏBƏB
Sentyabrın 1-də və 15-də Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-nin istismarında olan iki sərnişin avtobusunda baş verən yanğın hadisələri ilə bağlı araşdırma aparılıb.
Yenixeber.org: Agentlikdən mütəxəssislərin ilkin rəyinə əsasən yanğının yüksək təzyiqli yağ borusunun pərçimdən qopması nəticəsində baş verdiyi ehtimal olunur.

"Hadisənin istehsal xətasından qaynaqlandığı ehtimal edildiyindən artıq Fransanın İVECO şirkəti ilə danışıqlar aparılır. Şirkətin ixtisaslı mütəxəssisləri Bakıya dəvət edilib. Məlumat üçün bildiririk ki, 2015-ci ilin sentyabrından müntəzəm sərnişindaşımalarına cəlb edilən “BakuBus” avtobuslara gündəlik və dövrü texniki qulluq, təmir və dezinfeksiya işləri aparılır.

Bu işlər istehsalçı şirkət tərəfindən təlim keçən və sertifikatlaşdırılmış texniki personal tərəfindən yerinə yetirilir. Eyni markalı avtobuslarda buna bənzər hadisələr 2018-ci ildə Fransada, 2019-cu ildə isə İtaliyada baş verib", - deyə məlumatda qeyd olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam