Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

NAZİRLİYİN VƏZİFƏLİ ŞƏXSLƏRİ HAQQINDA CİNAYƏT İŞİ BAŞLANILDI -Rəsmi məlumat

Azərbaycan Respublikasında əmək və əhalinin sosial müdafiəsi sferasının müasir tələblərə uyğunlaşdırılması, əhalinin sosial təminatının gücləndirilməsi, onların rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsinə baxmayaraq, ayrı-ayrı vəzifəli şəxslər tərəfindən qeyd edilən sahədə vətəndaşlarla dövlət arasında olan nizamlı ictimai münasibətlərə qəsd edən qanunsuz hərəkətlərə də təsadüf olunur ki, belə halların aşkara çıxarılaraq kəsərli təsir tədbirlərinin görülməsi istiqamətində Azərbaycan Respublikasının prokurorluq orqanlarının intensiv fəaliyyəti davam etdirilir.

Yenixeber.org: Bu barədə Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə məlumatında deyilir. 

Belə tədbirlərdən biri kimi, 1 saylı Respublika Psixiatriya xəstəxanasının 16-cı şöbəsinin müdiri Səriyyə Tanverdiyevanın öz xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə vətəndaşdan rüşvət tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.

Keçirilmiş tədbirlər nəticəsində Səriyyə Tanverdiyevanın əlillik dərəcəsinin təyin edilməsinə əsas olan saxta epikrizin təqdim edilməsi müqabilində vətəndaşdan müvafiq olaraq 2020-ci ilin 2 iyun və 5 avqust tarixlərində xəstəxananın inzibati binasında ümumilikdə 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilmişdir.

Bununla yanaşı, həyata keçirilmiş qeyd edilən operativ tədbirlərin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri Katib Məmmədovun həmin vətəndaşdan 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi müqabilində 2020-ci ilin avqust ayında 3000 manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyib, 2 sentyabr 2020-ci il tarixdə işlədiyi müəssisənin inzibati binasında həmin pulun 2300 manat olan hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdir.
Göstərilən faktlara görə Baş İdarədə Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
İstintaq zamanı toplanmış ilkin sübutlara əsasən Katib Məmmədov şübhəli şəxs qismində tutulmuş, 5 sentyabr 2020-ci il tarixdə o, Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, habelə, 5 sentyabr 2020-ci il tarixdə Səriyyə Tanverdiyeva Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam