Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gəncə Təhsil İdarəsinin müdiri dövlət büdcəsindən külli miqdarda vəsait “silib” -İTTİHAM

Gəncə Təhsil İdarəsinin müdiri dövlət büdcəsindən külli miqdarda vəsait “silib”
Yenixeber.org: Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, dövlət büdcəsindən əsassız olaraq maliyyə vəsaiti “silməsi” haqda redaksiyamıza rəsmi məlumatlar daxil olub. Həmin sənəddən məlum olur ki, 16 yanvar 2019-cu ildə Gəncə Şəhər Təhsil İdarəsinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi dövlət büdcəsindən əsassız olaraq pul silinməsi edib. Adıçəkilən maliyyə hesablaşma mərkəzi “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”na 289690.0 manat (iki yüz səksən doqquz min altı yüz doxsan manat) pul ayırması haqqında rəsmi sənəd vardır. Hansı ki, bu vəsait hesabına bir il ərzində bütün ölkə məktəblərini odunla təmin etmək olar. Bir də ki, hal-hazırda Gəncə şəhərində odunla istifadə olunan məktəblər yoxdur.

Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun tələbnaməsi əsasında bu işlərin görülməsi hər kəsə aydındır. Hətta bu məbləğin, yəni 289690.0 manatın “Xalq Bank” filialının vasitəsi ilə Neftçala şəhərinə köçürülməsi haqda əlimizdə rəsmi sənəd vardır.

Gəncə Təhsil İdarəsinin müdiri dövlət büdcəsindən külli miqdarda vəsait “silib”

Əldə etdiyimiz digər məlumatlara görə, Zakir Hüseynov Azərbaycan Texnologiya Universitetində, Kompüter Mühəndisliyi Telekommunikasiya kafedrasında 0,5 ştat, Gəncə Dövlət Aqrar Universitetinin İnformasiya Texnologiyaları sistemləri kafedrasında isə eyni qaydada yarımştat işləyir. Zakir Hüseynov adıçəkilən universitetlərdə bir dəfə də olsun, dərs keçmiyib. Amma universitetlərdən hər ay Zakir Hüseynova aylıq maaş yazılıb. Bu, külli miqdarda pulun mənimsənilməsi deməkdir. Hətta universitetlərdə Zakir Hüseynovun əvəzinə jurnal yazılıb. Hansı ki, bu özü də əsaslı cinayət faktıdı.

Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynova əsassız olaraq əməkhaqqı yazılması və yaxud onun pul kartı vasitəsi ilə hər iki universitetdən əməkhaqqı alması, vəəlavəı olaraq külli miqdarda pulun mənimsənilməsinin təsdiqini tapması korrupsiya faktıdır.

Araşdırdıqca dəhşətə gəlirik, bu qədərdə anarxiya olarmı?!

Ötən 2019-cu ilin sonlarında həbs olunan sabiq Ağstafa rayon icra başcısı Nizaməddin Quliyevin, sabiq Yevlax rayon icra başcısı Qoca Səmədovun dövlət büdcəsindən əsassız olaraq maliyyə “silmələri” təsdiqini tapdığından, hər iki icra başcısı həbs olundu. Gəncə Təsil İdarəsinin müdirinin də dövlət büdcəsi hesabına külli miqdarda “qazanc” əldə etməsi haqqında məlumatlar təsdiqini tapır. Belə ki, bu şəxsin vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Mövzuya qayıdacağıq. //hurriyyet.org//

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam