Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Bakı İqtisadiyyat və Humanitar Kollecində “qiymətlər əl yandırır”.-Rüxsarə Əliyevanın çoxsaylı “ölü ştatları” ...

         

Xanım direktorun “qiymətləri əl yandırır”.
Bakı İqtisadiyyat və Humanitar Kollecində “humanitar böhran”; “Direktor tası”; elmə, təhsilə “cibinin gözüylə” baxanlar; Rüxsarə Əliyevanın çoxsaylı “ölü ştatları” ...

Yenixeber.org: Ali və orta ixtisas təhsili müəssisələrində payız imtahan sesiyası yekunlaşmaq üzrədir. Semestr ərzində tələbələrin qazandığı biliklərin qiymətləndirilməsi zamanı heç də bütün təhsil ocaqlarında şəffaflığa riayyət olunmayır. Elmə, təhsilə cibinin gözüylə baxanlar vardır və nə yazıq ki, bir çoxları hələ də rəhbər mövqelərini qoruyub saxlayırlar.

Saytımıza Bakı İqtisadiyyat və Humanitar Kollecində baş verənlərlə bağlı ciddi məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, kollecdə son illər təhsil sahəsində aparılan islahatlardan əsər əlamət yoxdur. Kollec rəhbərliyi “köhnə hamam, köhnə tas” prinsipi ilə işləməkdə davam edir. Tas demişkən, burada hər şey direktorun “qiymət tas”ından asılıdır. Yəni tələbələrdən toplanan pulların məbləği bazar məzənnələri ilə tənzimlənir.

Saytımıza verilən məlumatlarda bildirilir ki, kollecin direktoru Rüxsarə Əliyeva bu təhsil ocağını özəl müəssisəsi kimi idarə edir. Burada tələbələrdən müxtəlif adlar altında pul toplanılması adi hal alıb. Dərsə gəlməyin də, gəlməməyin də öz qiyməti var. İmtahanlar zamanı isə əlin cibində olmasa növbəti kursa keçmək üçün heç bir şansın yoxdur. Qiymətlər isə qeyd etdiyimiz kimi “əl yandırır”.

Bildiririk ki, Kollecin direktoru Rüxsarə Əliyevanın rəhbərliyi altında kollecdə fəaliyyət göstərən şöbə müdirləri tələbələrə müxtəlif formalarda tələblər irəli sürməkdə davam edirlər. Tələbələr isə bu tələbləri yerinə yetirməsələr rəhbərliyin qəzəbinə tuş gəlirlər.


Kollecdə həmçinin çoxsaylı “ölü ştatlar”ın olduğu da bildirilir. R. Əliyevanın qohum-əqrabasının, dost-tabnışının bir çoxunun adı kollecdə getsə də onları burada nə görən, nə də tanıyan var. Baxmayaraq ki, hər ay onlar üçün dövlət büdcəsindən maaş ödənilir. Beləcə illərdir ki, büdcə vəsaitləri talanır, müxtəlif adlar altında mənimsənilir.

Saytımıza verilən məlumatlarda kollecdə təhsilin keyfiyyətinin çox aşağı olduğu, heç bir tədbirin isə görülmədiyi xüsusilə vurğulanır. Görünür hansısa “gözəgörünməz” qüvvələr R. Əliyevanı qorumaqda hələ də maraqlıdırlar. (rubrika.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam