Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Rusiya ali məktəblərində Azərbaycana həsr olunmuş guşə fəaliyyət göstərir

Rusiya ali məktəblərində Azərbaycana həsr olunmuş guşə fəaliyyət göstərir

 

Rusiya ali məktəblərində Azərbaycana həsr olunmuş guşə fəaliyyət göstərir

 

 

Yenixeber.org: Qeyd etdiyimiz kimi, Bakı Slavyan Universitetinin təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, p.ü.f.d, dosent Yaşar Alxasov Moskva şəhərində Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyası (MAPRIAL) ilə birqə təşkil etdikləri “Bilinqvizimdən translinqvizmə doğru: lehinə və əleyhinə” adlı Beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir. O, konfrans çərçivəsində həmin universitetdə keçirilən QİÇS-ə qarşı Ümumrusiya tədbirinə qatılmışdır. Qeyd edək ki, tədbirdə Rusiya Baş nazirinin xanımı Svetlana Medvedyeva çıxış etmişdir.

RXDU-nun geniş foyesində həmin universitetdə təhsil alan tələbələrin öz ölkələrindən bəhs edən pavilyonları sırasında Azərbaycana aid bölmə də olub. Y.Alxasov orada gənc həmvətənlərimizlə görüşüb, onlara Azərbaycana aid kitablar hədiyyə etmişdir. Y.Alxasov həmçinin Moskva Dövlət Linqvistik Universitetində (MDLU) olmuş, BSU-nun MDLU-da fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində çıxış etmişdir.

BSU-nun Mətbuat Xidməti

 

Rusiya ali məktəblərində Azərbaycana həsr olunmuş guşə fəaliyyət göstərir

Rusiya ali məktəblərində Azərbaycana həsr olunmuş guşə fəaliyyət göstərir

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam