Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin sayı açıqlanıb -SİYAHI

 

Yenixeber.org: Respublika üzrə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi ümumtəhsil müəssisələrinin sayı açıqlanıb. APA-nın xəbərinə görə, yeni tədris ilində Abşeronda 39, Ağcabədidə 62, Ağdaşda 33, Ağstafada 30, Ağsuda 24, Astarada 48, Bakıda 266, Balakəndə 38, Beyləqanda 31, Bərdədə 48, Biləsuvarda 34, Cəlilabadda 66, Daşkəsəndə 9, Gədəbəydə 38, Gəncədə 44, Goranboyda 62, Göyçay 50, Göygöldə 20, Hacıqabulda 25, İmişlidə 55 ümumi təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək.

Eyni zamanda, məktəbəhazırlıq qrupları İsmayıllıda 38, Kürdəmirdə 41, Lerikdə 86, Lənkəranda 87, Masallıda 98, Mingəçevirdə 21, Naftalanda 3, Neftçalada 27, Oğuzda 24, Qaxda 18, Qazaxda 40, Qəbələdə 46, Qobustanda 16, Qubada 91, Qusarda 86, Saatlıda 40, Sabirabadda 70, Salyanda 48, Samuxda 34, Siyəzəndə 15, Sumqayıtda 40, Şabranda 23, Şamaxıda 34, Şəkidə 78, Şəmkirdə 62, Şirvanda 15, Tərtərdə 34, Tovuzda 51, Ucarda 35, Xaçmazda 87, Xızıda 8, Yardımlıda 29, Yevlaxda 41, Zaqatalada 48, Zərdabda 21 ümumi təhsil müəssisəsini əhatə edəcək.

Habelə, Ağdam (61), Şuşa (6), Cəbrayıl (31), Füzuli (48), Xocavənd (6), Kəlbəcər (52), Laçın (25), Qubadlı (28), Xocalı (6), Zəngilan (5) Rayon Təhsil Şöbələrinin tabeliyindəki ümumi təhsil müəssisələrində də məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək.

 Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir.

Məşğələlərin müddəti - həftədə 4 gün olmaqla, 12 məşğələ, bir gün ərzində 3 məşğələ, bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlanır və mayın 31-də başa çatır. I yarım il: 1 oktyabr - 26 yanvar, II yarım il: 1 fevral - 31 may.

Məktəbəhazırlıq qrupları üçün tətillər - 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), 5 gün əlavə tətil (1-5 may).

Rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır.

Bakı şəhərində məktəbəhazırlıq qruplarına sənəd qəbulu isə mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçirilir. Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu 01.08.2017-ci il tarixdən 18.09.2017-ci il tarixədək həyata keçirilir. Məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçdikdən sonra lazımı sənədlərlə birlikdə 15.08.2017-ci il tarixdən 30.09.2017-ci il tarixədək məktəbə müraciət etmək lazımdır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam