Redaktor seçimi
“İki dövlət bir millət” qardaşlığının Qordi düyünü: Qarabağı inşa edənlər xidmət haqlarını niyə ala bilmirlər? -
KEÇMİŞ OLİQARX NAZİRLƏRİN DƏBDƏBƏLİ HƏYATI... -
Azərbaycan KİV-də korrupsiyanın ifşası
nədən zərurətdir? -
Dövlət siyasətinin təbliğat maşınında naşı "şofer" oturub! -
Texniki baxışı niyə yol polisi keçirir -
Kəmaləddin Qafarovun biznesi və əmlakları -
Şeyxin biznesindən YENİ XƏBƏR var: Mübariz Mənsimovla iş birliyi silsiləsindən... -
Günün xəbəri

Mingəçevir Şəhər 3 nömrəli Uşaq İncəsənət Məktəbində nələr baş verir?-İDDİA

        Mingəçevir Şəhər 3 nömrəli Uşaq İncəsənət Məktəbində nələr baş verir?- İDDİA·
Yenixeber.org: Energetiklər şəhərimiz Mingəçevirdə mədəniyyət işçiləri mədəniyyətdən uzaq işlərlə məşğul olurlarmış .Dərs saatı bölgüsü və s.problemlərdən vaxtaşırı yazırıq. Haqsızlıqlar kiçik məmurları o qədər harınladıb ki,işdə eşq macəraları axtarmağa başlayıblar.
Bunu elə Mingəçevirdəki adamlar deyir, sosial şəbəkələrdə də yazırlar. Söhbət Mingəçevir Şəhər 3 nömrəli Uşaq İncəsənət Məktəbindən gedir.
Mənbə bildirir ki, məktəbin direktoru Esmira Salamovanın müavini Vüqar Musayev hər səhər dərsə çox həvəslə gəlirmiş.Çünki eşq beyninə vurub,qadın müəllimlərdən biri ilə sevgi oyununa başlayıblar.
Çox keçmir,yazışmaları,bu məsələyə aid olduğu iddia edilən video şəhəri dolaşır.

Məktəbdə üç müəllimin qızıl dələduzluğu, dərs bölgüsündəki qalmaqallar və başqa mənfi işlər bu biabırçılığın fonunda arxa plana keçir.
Danışılanlara görə hətta Vüqar Musayevin həyat yoldaşı videodakı qadın müəllimi,yəni ərinin sevgilisini məktəbdə tutaraq döyüb.
Ancaq Vüqar Musayevin qadın sarıdan bəxti gətiribmiş.Direktor,əslində isə bu vəzifəni icra edən Esmira Salamovanın sayəsində Vüqar Musayev kefini pozmur.
Çünki,deyilənə görə,Esmira xanım Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə 10 min manat vəzifə haqqı verib.
Bu haqq-hesabın içində müavini Vüqarın da qiyməti var.Ona görə də özlərinə bu qədər arxayındılar.Bəs görəsən adıçəkilən regional idarənin rəhbəri Aydın Bəşirov bu iddialara nə deyir? Hələki səs-soraq yoxdur. Açıqlamaları gözləyək.
Həmçinin,Mədəniyyət Nazirliyinin bu məsələyə münasibətini bilmək istərdik.
Cənab nazir Adil Kərimlidən məsələyə müdaxilə etməyini,nəzarətə götürməyi xahiş edirik.
Təəssüf ki,bizdə əgər rəhbər şəxs özü problemin həlli ilə məşğul olursa,tabeliyindəkilər fikir verirlər.Əksi olduqda məsələ həll olunmur.
Cənab nazir,nəzərinizə çatdırım ki,söhbət uşaqların təhsil aldığı bir təhsil ocağındakı mənəviyyatsızlıqdan gedir.
Yuxarıda da qeyd olunduğu kimi aşiqlərin videokaseti də var, Mingəçevirdə yayılıb.
Eşqbazlıq edənlərdən biri məktəbin direktor müavini Vüqar Musayevdir, ona dayaq duran isə direktor əvəzi Esmira Salamovadır.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin müdiri Aydın müəllim nədənsə susqunlaşıb.
Uşaqların təlim-tərbiyəsi ilə məşğul olanların özlərinin tərbiyəsi ilə məşğul olmaq lazımmış.Tabeliyinizdəkilər özlərini heç nə olmamış kimi aparırlar.
Ümid sizə qalır.
Sima Babayeva
Yenixeber.org olaraq qarşı tərəflərin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam