Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rektor Kamal Abdullayevin yarıtmaz​ idarəçiliyi​ Universitetdə çalışanları “ayağa qaldıracaq?”-İLGİNC

Kamal Abdulla rektor təyin edilib » Reyting.az

Bir neçə gün bundan öncə dünya şöhrətli alim, tanınmış Azərbaycan ziyalısı, 2007-ci ildən bu ilin iyul ayına kimi Azərbaycan Dillər Universitetində (ADU) professor vəzifəsini tutmuş filologiya elmləri doktoru Həbib Zərbəliyev, bu universitetin rektoru Kamal Abdullayevin qanunazidd əməllərini ictimailəşdirdikdən sonra ona qarşı aparılan kompaniya haqqında məlumat vermişdik.

Yenixeber.org: Ölkə gündəmini zəbt etmiş bu məsələnin təfərrüatları barədə yazılarımızı davam etdirəcək, ADU-da nələr baş verdiyini, Universitetin niyə bu vəziyyətə gəlib çıxdığı, onu kimin belə vəziyyətə saldığı barədə sizə ətraflı məlumatlar verəcəyik. Həbib Zərbəliyev Ulu Öndər Heydər Əliyevin göstərdiyi böyük qayğı nəticəsində 1976-1981-cı illərdə ovaxtkı SSRİ-nin ən nüfuzlu ali məktəblərindən birində – Leninqrad Dövlət Universitetinin Şərq fakültəsində təhsil almış və Azərbaycanın ilk indoneziyaşünası kimi fəaliyyətə başlamışdır.
Ötən illər ərzində o, Azərbaycan-İndoneziya ictimai əlaqələrinin yaradılması və inkişaf etdirilməsi, bu ölkənin mədəniyyətinin Azərbaycanda və Azərbaycan mədəniyyətinin İndoneziyada təbliği, Azərbaycanda İndoneziya dili və ədəbiyyatının, tarixi və etnoqrafiyasının tədrisi, tədqiqi və təbliği sahəsində çox böyük işlər görmüşdür.
Həbib Zərbəliyev İndoneziyanın dövlət və hökumət nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, Milli Məclis və nazirliklərin rəhbərləri ilə keçirilən rəsmi görüşlərin tərçüməçisi kimi də fəaliyyət göstərmişdir. Bütün bunlar onu göstərir ki, Həbib Zərbəliyev heç də sıradan bir şəxs deyildir.
Lakin Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayevin yüzlərlə saxta diplom verməsi və başqa qanunazidd əməllərini ifşa etdikdən sonra rektor vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, saxta səsvermə təşkil edib qanun pozuntusu ilə Həbib Zərbəliyevi işdən kənarlaşdırmışdır. Bununla kifayətlənməyən rektor bütün əlaqələrini işə salaraq professor Həbib Zərbəliyevə qarşı təzyiqlərini davam etdirir.
Məsələ ilə bağlı o, bunları dedi: “Üz-üzə qaldığım problemin araşdırılması, rektor Kamal Abdullayevin saxta diplomlar verməsi və başqa qanunazid əməlləri ilə bağlı bu ilin iyun ayından indiyə kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 3 məktub və 1 teleqram, Birinci vitse-prezidentə 1 məktub, Heydər Əliyev Fonduna 1 məktub, Baş Prokurora və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 2 məktub ünvanlasam da, bu günə qədər məsələ ilə bağlı heç bir araşdırma aparılmamışdır.
Prezidentə ünvanladığım məktublar araşdırılması üçün Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinə verilir. Lakin bu şöbə nəinki məsələni araşdırmır, hətta şikayətçi kimi mənə cavab belə, vermir. Şöbə ilə vaxtaşırı əlaqə saxlayarkən əməkdaşlar mənim məktublarımı şöbə müdirinin özündə saxladığını bildirirlər.
Kamal Abdullayevin yaxın ətrafının dediyinə görə, həmin şöbənin rektor Kamal Abdullayevlə səmimi münasibətləri olan müdiri mənim məktublarımla bağlı rektora şifahi sorğu vermiş və onun cavabı əsasında məsələni bağlamışdır. Lakin məsələ bununla bitmir. Rektor Kamal Abdullayevin diktəsi ilə Prezident Administrasiyasına Universitetin əməkdaşlarının adından mənə qarşı iftira dolu məktublar yazdırılır (həmin məktublardakı böhtanlara görə, görünür, məhkəməyə müraciət etməli olacağam).
Bu məktublara isə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsi dərhal reaksiya verir və müvafiq təşkilatlardan araşdırma aparmağı tələb edir. Hələ Kirill əlifbası ilə yazan Kamal Abdullayev mənim əvəzçiliklə işlədiyim AMEA-nın Dilçilik İnstitutuna da təzyiq göstərir və mənim orada işdən çıxarılmağım üzərində israr edir.
Vaxtilə Ayaz Mütəllibovun komandasında Ümummilli lider Heydər Əliyevə qarşı mübarizənin fəallarından biri olmuş, lakin məharətlə maskalanaraq, Prezident İlham Əliyevin müşaviri vəzifəsinə qədər gəlib çıxmış Kamal Abdullayev indi mübarizəsini Heydər Əliyevin böyük qayğı ilə yetişdirdiyi və öz övladları adlandırdığı şəxslərə qarşı aparır.
Prezident Administrasiyasından qovulduqdan sonra o vaxt hələ orada olan hamısının köməyilə ADU-nun tələbələrinin mitinqlərini təşkil edərək rektor vəzifəsinə gəlməyə nail olmuş Kamal Abdullayev vaxtilə böyük nüfuzu olmuş bu təhsil müəssisəsini intriqa yuvasına, alver obyetinə çevirmişdir. Onun verdiyi saxta diplomlar Azərbaycanın gələcəyinə, onun milli təhlükəsizliyinə vurulan çox ağır zərbədir.
Kamal Abdullayev rəhbərlik etdiyi bu ali təhsil ocağını cəngəllik qanunları ilə, mağara təfəkkürü ilə idarə edir. Onun rəhbərlik etdiyi illər ərzində Universitet müflis olmuşdur. Əməkdaşların əmək haqqının Prezidentin sərəncamlarına uyğun olaraq artırılmaması bir yana qalsın, iş o yerə çatmışdır ki, Universitetin xadimələri zibil toplamaq üçün torbaları belə, küçədə axtarıb tapırlar.
Əməkdaşlar dəftərxana ləvazimatlarını özləri alıb gətirir, müəyyən bir sənəd almaq üçün müvafiq şöbəyə müraciət etdikdə özləri ilə kağız gətirməli olurlar. Kamal Abdullayevin əməkdaşlarla davranışı hökmdar–kölə davranışını xatırladır. Mənə qarşı hazırlanmış və mətbuatda dərc edilmiş məktubu imzalamayanlar, hətta mənim sosial şəbəkələrdə yazılarımı bəyənənlər belə, onun təqiblərinə məruz qalırlar.
Bütün bunlar Kamal Abdullayevin immanent xüsusiyyətləridir. Onun davranışı barədə çox dastanlar var. Bu akademikin vaxtilə kabinetində niyə döyüldüyü haqqında ilk mənbənin mənə vermiş olduğu məlumatları mən ayrı bir yazıda oxuculara mütləq çatdıracağam”.
P.S. Hörmətli oxucular, növbəti yazılarımızın birində rektor Kamal Abdullayevin digər əməllərindən də bəhs edəcəyik. Bizi izləyin. (Gundemxeber.az)

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam