Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

DİM uşaqlar üçün yeni layihə hazırlayır

"Uşaqlara ilk növbədə özlərini dərk edib, potensiallarını qiymətləndirməyi öyrətməliyik". 

Yenixeber.org: Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən insan resursları və idarəetmə forumunda deyib. 

O bildirib ki, hər bir insan öz potensialını bilməlidir. Bunu dərk edəndən sonra müəyyən inkişaf trayektoriyasını cızmaq üçün müəllimlər lazımdır: "Müəllimlər bilik bölüşməkdən başqa, onu necə əldə etməyin yollarını öyrətməlidirlər. Bilik bir okeandırsa, həmin okeanda üzməyi bacarmaq lazımdır. Bizdə bir atalar sözü var: Palaza bürün, el ilə sürün. Amma bu, hesab edirəm doğru deyil. Bəlkə insanın öz yolu var?!" 

M.Abbaszadə qeyd edib ki, uşaqların potensialının üzə çıxarılması üçün layihə hazırlayırlar: "Artıq 5000-dən çox uşaq imtahan verib. Biz indi testlərin əsasında təkmilləşdirmə aparıb proqram təminatı hazırlayırıq. Həmin proqramı məktəblərə vermək istəyirik ki, təxminən 7-ci sinifdən məktəblilər özlərini dərk edib, hansı sahədə potensialları olduğunu bilsinlər. Hazırda bu layihə ilə bağlı işçilərimiz müxtəlif rayonlarda testlər aparır və yekunda layihə Elm və Təhsil Nazirliyinə təqdim olunacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam