Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

 Karlov Universiteti ilə ASAPES arasında birgə əməkdaşlıq Memorandumu imzalanmışdır-FOTOLAR

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasınının nümayəndə heyəti Çexiyanın paytaxtı Praqa şəhərində səfərdədir.Səfər çərçivəsində ASAPES-in rektoru Fuad Hacıyev və Çexiyanın Karlov Universitetinin rektoru Prof. Milena Králíčková arasında ikitərəfli görüş baş tutub və universitetlər arasında əməkdaşlıq memorandumu imzalanıb.

Yenixeber.org: 5 illik dövrü əhatə edəcək memoranduma əsasən tərəflər birgə elmi, tədris, texniki, təşkilati, beynəlxalq və ya digər məsələlərlə bağlı elmi məlumat və nəşrlər, sənədlər, tədris materialları və digər məlumatların mübadiləsi, xüsusi protokollar əsasında həm magistratura, həm də bakalavr pilləsi üzrə tələbələrin, müəllim və inzibati heyətin mübadiləsini həyata keçirəcək.
Tərəflər həmçinin, Aİ və ya digər beynəlxalq proqramlara xüsusi istinad etməklə birgə tədqiqat və birgə layihələrin inkişafı, seminarlar, beynəlxalq görüşlər, intensiv proqramlar və tam birgə kurikulumlar kimi birgə təhsil təşəbbüslərinin inkişafı, dərsliklərin nəşrində mümkün əməkdaşlıq, habelə mövcud nəşrlərlə bağlı əməkdaşlıq və s. kimi prioritet istiqamətlər üzrə əməkdaşlıq edəcəklər.
ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadənin də iştirak etdiyi görüşdə daha sonra ASAPES-in nümayəndə heyəti Karlov Universitetinin Bədən tərbiyəsi fakültəsinin fizioterapiya bölümü, idman menecmenti kimi ixtisaslar ilə tanış olub, həmçinin Karlov Universtetinin ən qədim binası olan Karolinum binasına da baş çəkiblər.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam