Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

MGİMO tələbələrinin Bakıda səyyar modulu davam edir-FOTOLAR

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Memorandum çərçivəsində Rusiya nümayəndə heyətinin Bakıya səfəri davam edir.
Yenixeber.org: MGİMO-nun İdman Diplomatiyası Mərkəzi tərəfindən həyata keçirilən və Dünya İdmanı proqramının dinləyicilərindən ibarət olan, ASAPES bazasında təşkil edilən və Rusiya idman federasiyalarının rəhbər şəxslərinin yenidən hazırlığını nəzərdə tutan modulun 3-cü hissəsi “Dünya idmanı: nizamlanma, mövqe və kommunikasiya” mövzusundadır və Rusiya Olimpiya Komitəsinin sifarişi ilə Rusiya Olimpiyaçılarına Dəstək Fondu tərəfindən maliyyələşdirilir.
Mayın 29-da modul proqramının açılış mərasimi keçirilib. ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə, ASAPES və MGİMO-nun “İdman menecmenti” ixtisası üzrə magistr proqramının elmi rəhbəri, Rusiya Beynəlxalq Olimpiya Universitetinin elmi işlər üzrə prorektoru, “Dünya idmanı” proqramının professoru Nikolay Peşin iştirakçıları salamlayaraq onlara Bakıdakı səyyar modulda uğurlar arzulayıblar.
Rusiya Olimpiyaçılarına Dəstək Fondunun və MGİMO-nun İdman Diplomatiyası Mərkəzinin təhsil proqramının rəhbərləri E.Q.Belyakova və Y.B.Ostaşova iştirakçıları Bakı modulunun strukturu və məzmunu ilə tanış ediblər. Daha sonra modul iştirakçıları Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasını, və Su İdmanı Sarayını ziyarət edərək idmançıların məşq prosesi ilə, eləcə də bu qurumların idarəetmə sistemi ilə tanış olublar.
Bundan başqa, onlar Bakıda keçirilən və dünya taekvondosunun 50 illiyinə həsr edilən dünya çempionatının açılış mərasimini də canlı izləyiblər.
Mayın 29-da modulun nəzəri hissəsində idman hüququnun müxtəlif aspektləri Rusiya Beynəlxalq Olimpiya Universitetinin elmi işlər üzrə prorektoru, hüquq üzrə elmlər doktoru, professor Nikolay Peşın tərəfindən tədris edilib.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam