Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanda təhsil xərcləri 20 faiz artıb

2022-ci ilin dövlət büdcəsində təhsil xərclərinə 3732,6 milyon manat məbləğində vəsaitə qarşı 3696,5 milyon manat istifadə olunub. 

Yenixeber.org:  Bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub.  

Bu da proqnoza nisbətən 36,1 milyon manat və ya 1,0 faiz az, 2021-ci illə müqayisədə isə 604,3 milyon manat və ya 19,5 faiz çoxdur. Hesabat ilində təhsil xərcləri ÜDM-in 2,8 faizini, dövlət büdcəsi xərclərinin isə 11,5 faizini (2021-ci illə müqayisədə 0,2 faiz-bənd çox) təşkil edib.  

Eyni zamanda 2022-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən təhsil sahəsinə ayrılmış 234,0 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2022-ci ildə təhsil sahəsinə dövlət büdcəsi xərclərinin 12,3 faizi həcmində (2021-ci illə müqayisədə 0,2 faiz-bənd çox) və ya 3930,5 milyon manat məbləğində vəsait yönəldilmişdir ki, bu da 2021-ci illə müqayisədə 623,0 milyon manat və ya 18,8 faiz çoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam