Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

Qırmızı diplomun "qara bəxti": -Tələbələrin 4 illik əziyyəti heç bir işə yaramır?

 

“Bu gün universitetlərdə verilən qırmızı diplomlar tələbələrə nə vəd verir? Bu yaxınlarda mənə bir xanım müraciət etmişdi, ali məktəbi qırmızı diplomla bitirmişdi. O tələbənin indi nə üstünlüyü var?”
Yenixeber.org:  Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri iclasında deputat Rauf Əliyev bildirib. Millət vəkili “Biz bu məsələni araşdırdıq, gördük ki, qırmızı və göy diplomun heç bir fərqi yoxdur. Bu da o deməkdir ki, “3” alan da, “5” alan da eyni diploma sahiblənir. Bu məsələləri işləmək lazımıdır. Elm və Təhsil Nazirliyinə müraciət edirsən, deyir, bizlik deyil. Bəs bununla kim maraqlanmalıdır? Ən azı bununla bağlı ictimai dinləmə keçirilməlidir”,-deyə vurğulayıb.
Komitə sədri Hicran Hüseynova isə bildirib ki, tələbələrə verilən qırmızı diplomun həqiqiliyi yoxlanılmalıdır: “Bu gün tələbələr müraciət edir, deyir, ali məktəbi qırmızı diplomla bitirmişəm. Amma araşdıranda görürsən ki, qırımızı diplomu hansı formada alıb, bilinmir. Ona görə də tələbələrin qırmızı diplomu necə almaları yoxlanılmalıdır. Bilmək lazımdır ki, doğrudan bu tələbə qırmızı diplomluqdurmu?”
Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"na uyğun olaraq, konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsil alanların biliyi aşağıdakı kimi qiymətləndirilir: tələbə 51 baldan aşağı topladıqda "qeyri-kafi" - F, 51-60 bal topladıqda "qənaətbəxş" - E, 61-70 bal topladıqda "kafi" - D, 71-80 bal topladıqda "yaxşı" - C, 81-90 bal topladıqda "çox yaxşı"- B, 91-100 bal topladıqda "əla" - A alır.
Qeyd edək ki, bir vaxtlar ali məktəbi bitirdikdə qırmızı diplom alan məzunlar belə diplom almaları ilə fəxr edirdilər. Hətta çalışdığı müəssisədə belə, həmin şəxsin qırmızı diplom sahibi olduğunu qeyd edirdilər. Ancaq son illər qırmızı diplomun qeyri-qanuni yolla alınması ilə bağlı xəbərlərin yayılması, eləcə də əmək bazarında qırmızı diploma üstünlük verilməməsi, tələbələrdə ona olan marağı daha da azaldıb. Doğrudanmı artıq qırmızı diplomların önəmi yoxdur və ləğv edilməlidir?
Təhsil üzrə ekspert Nadir İsrafilov bununla bağlı Cebhe.info-ya bildirdi ki, ümumiyyətlə, qırmızı diplomun üstünlükləri var: “Hazırda olduğu kimi, bir vaxtlar da məktəblərdə şagirdlərə qızıl, gümüş, bürünc medal verirdilər və bu da stimullaşdırma məqsədi daşıyırdı. Bu, şagirdin 11 illik fəaliyyətinə verilən qiymət idi. Hazırda abituriyent ali məktəbə qəbul edildikdə 1-2 saatlıq testlə onun biliyinə qiymət veririk. Ancaq onun 11 illik fəaliyyətinə qiymət vermirik. Bunu onunla əlaqələndirirdilər ki, həmin qızıl, gümüş, bürünc medal verilərkən müəyyən “vasitələrdən” istifadə edilir.
Biz məsələyə bu cür yanaşsaq, elə bütün sahələrdə istifadə hallarına yol verilə bilər. Niyə görə hansısa sahələrdə istifadə məsələsinə deyil, məktəblə bağlı bu məsələyə diqqət yönəldirik. Nə vaxta qədər kiməsə etibar etməyəcəyik? Məsələn, məktəb direktorunu neçə illərdir ki, müxtəlif müsabiqə, imtahanlar, müsahibə ilə biz təyin ediriksə, niyə ona etibar etmirik. İdmanda, digər sahələrdə olan stimullaşdırıcı amillər təhsildə də olmalıdır. Son vaxtlar Olimpiada qaliblərinə ali məktəbə qəbul zamanı müəyyən güzəştlər edilir.
Diplomla bağlı orta səviyyədə oxuyanla yüksək səviyyədə oxuyanlara da fərq qoyulmalıdır. Bir ingilis alimi bildirib ki, mənəviyyat olmadan bütün islahatlar əbəsdir. Ona görə də biz nə qədər islahat keçirsək də, mənəvi tərəfini həll etməyincə, heç bir əhəmiyyəti olmayacaq. Biz insan amilini önə şəkməli, etibar etməliyik. Kimsə saxtalığa yol verirsə, müxtəlif üsullarla aşkar etmək mümkündür və cəzalandırma mexanizmlərimiz var. Dəfələrlə bu məsələlər qaldırılır, etibarımızı, məktəbə olan inamı ləğv edir.
Hazırda professor, elmlər doktoru adının götürülməsi ilə bağlı fikirlər səslənir. Kimsə professor adını saxta yolla alıbsa, niyə bu sözdən imtina etməliyik? Saxta yolla ad alan şəxslər müəyyənləşmədir. İnsanlar var ki, o elmi əsəri yazmaq üçün gözünün nurunu töküb. Bir misal var, hansısa təyyarə, gəmi qəzaya uğrayıbsa, təyyarəni, gəmini ləğv etməliyik? Yaxud avtomobil qəzalarının sayı ildən-ilə artırsa, avtobildən imtina etməliyik? Eləcə də qızıl medal, qırmızı diplomla bağlı hardasa, kim tərəfindənsə saxtakarlığa yol verilibsə, bu, o demək deyil ki, biz ondan imtina etməliyik”.
Ekspert bildirib ki, məslələrə yanaşma tərzi dəyişməlidir:
“Yaxud tələbə bakalavr, magist təhsili alır, sonra yenə işə qəbul üçün imtahan verirsə, bu həmin məktəbin müəllim heyətinə hörmətsizikdir. Hansısa bir fakta görə, ümumilikdə imtina etmək düzgün deyil. Əgər tələbə qırmızı diplom alıbsa, üstünlüyü olmalıdır. Hər kəsə əməyinə görə qiymət verilməlidir. Saxtakarlığa görə kimisə cəzalandırsaq, ictimailəşdirmək olar. Bu qədər saxta diplomlarla bağlı söhbətlər getdi, kimi cəzalandırdılar? Bildirdilər ki, 2-3 min saxta diplom var. Ancaq bir nəfərin adı çəkilmədi ki, bu saxta diplomu ona kim verib. Bu diplomun möhürü, imzasımı saxtadır? Bu kimi məsələlər araşdıırlıb, ictimailədirilsə, digərləri də bilər ki, bunun cəzası nədir”.
Ekspertin sözlərinə görə, ali məktəbi başa vuran məzunun iş üçün müraciət etdiyi müəssisədə də qırmızı diploma fərq qoyulmalıdır: “Əgər qırmızı diplomun üstünlüyü olmursa, onu verməyin də mənası yoxdur. Qırmızı diplom ona görə verilir ki, fərqlənmə nişanıdır. İndi də Sovet dövründən qalan o ənənə var, deyirlər ki, filankəs ali məktəbi qırmızı diplomla qurtarıb. Ona görə də şübhəsiz ki, onun sonrakı fəaliyyətində də qırmızı diplom nəzərə alınmalıdır.
Bu gün təhsili bakalavr və magistraturaya bölüblər. Bakalavr ixtisas təhsilidir, yəni bu ixtisasın sahibidir. Magistr isə elmi sahədir. Bu gün əmək bazarı bakalavrı bitirənlərə texnikum, kollec qurtaran kimi baxır. Guya tələbə magistr oxumalıdır. Açıb qanunu baxsınlar ki, bakalavr, magistr nədir. Bazar iqtisadiyyatı “kolxoz bazarı” kimi başa düşülməməlidir. Bazar iqtisadiyyatının bir sıra prinsiplərini elmə, təhsilə şamil etmək olmaz. Biz elmə də, təhsilə də bazar iqtisadiyyatının lazımsız qaydalarını tətbiq edirik. İndi bizdə nə qədər saxta diplomlar var. Onu aşkarlamaq isə o qədər də çətin deyil. Biz mövcud problemləri həll edək, sonra irəliyə gedərik. Eyni məsələlər 20 ildir ki, davam edir və həll etmədikcə daha da çoxalır”.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Cebhe.info-ya bildirib ki, dövlət qulluğuna qəbul iki mərhələdən ibarətdir:
“Test imtahanı və müsahibə mərhələsidir. Hər iki mərhələnin nəticələri toplanır. Müsahibədən 16 və yuxarı bal toplasanız cəmlənir və onun əsasında qəbul aparılır. Burada diplomun heç bir rolu yoxdur”.
Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirib ki, işə qəbul imtahanında qırmızı diplomun heç bir üstünlüyü yoxdur:
“Yalnız işə qəbul olunandan sonra işə başlama dərəcəsi ilə bağlıbir üstünlük var. Qırmızı diplomu olanlar 11 deyil, 12-ci dərəcə ilə işə başlayırlar”.
əlumat üçün bildirək ki, yeni təsdiqlənən Vahid Tarif Cədvəlinə əsasən, 11-ci təsnifat üzrə əməkhaqqı 518, 12-ci təsnifat üzrə isə 538 manatdır. Yəni iki təsnifat arasında 20 manat fərq var. Bu təsnifat sosial, elm, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə,meliorasiya, su təsərrüfatı və balıqatrıma sahələrinə şamil edilir. (dia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam