Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

MƏHƏMMƏD ASLANOVUN TƏHSIL FƏALIYYƏTININ PƏRDƏARXASI...-De-fakto

Son günlər adı sosial şəbəkələrdə ciddi nöqsanlar müəllifi kimi keçən Məhəmməd Aslanovun arxivinə yeni bir fakt daha əlavə ediləsi oldu. Görünür, bu “mötəbər” insan təkcə Ağdam təhsilini zay etməklə missiyasını bitirməyibmiş.

Yenixeber.org: Kifayət qədər ciddi saytlarda onun haqqında verilən arayışlarda da göstərildiyi kimi, Məhəmməd Aslanov insanlara hədə-qorxu gəlməklə panika yaradır, onları məhv edəcəyinə inandıraraq özünəməxsus “çıxış yolları” da təklif edir. Nəticədə ya istədiyini əldə edir, ya da girdabına keçən abırlı, namuslu təhsil işçilərini şərləməklə vəzifəsindən uzaqlaşdırılmasına vasitəçi olur.

O, bu işləri təkbaşına görmür, ayrı-ayrı ümumtəhsil məktəblərində özünə “maşa”lar (samovarın közünü qorlandırmaq üçün alət) tutmaqla çirkin əməllərinə onları da alət edir, gələcəkdə yüksək vəzifələrə irəli çəkməklə şirnikdirdiyi təhsil işçilərinin mənəviyyatını zədələyərək, onları xalqımızın mental dəyərlərinə uyğun olmayan xarakter sərgiləməyə (bu xisləti mənfur düşmənimiz olan ermənilərdə görmüşük) – şantajçı, böhtançı, namuslu adamları gözdən salmaq üçün hər cür çirkin oyunlardan çıxmağa vadar edir.

Qəribəsi də odur ki, onun bu əməllərinə alət etdiyi şəxslər cəmiyyətimizin dəyər verdiyi, dinimizin müqəddəs hesab etdiyi “qadın-ana”lardır. Bu dəfə Məhəmməd Aslanov Beyləqan rayon təhsilinə göz dikib. Uzun illərdir məktəb direktoru olmaq istəyən, bu yolda hər nə desən etməyə hazır olan bir qadını böyük məharətlə ələ ala bilib.

Həmin müəllimə hələ avtoritar müəllim qiyafəsini dəyişmədən hegemon rəhbər funksiyasını icra etməyə hazırlaşır. Nəzərinizə çatdırım ki, Beyləqan rayon Orta Əlinəzərli kənd şəhid Kərəm Əliyev adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi olan İsmayılova İlhamə Yunis qızı Məhəmməd Aslanovun yeni maşasıdır. O, məktəbin pedaqoji kollektivini cana yığıb.

Sabiq məktəb direktorunun qohumu (əmisi gəlini) olan İlhamə İsmayılova üç dəfə direktor olmaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi direktorların işə qəbul imtahanında iştirak edib, lakin bal çatışmazlığından istəyinə çata bilməyib. Özünü təhsil eksperti adlandıran İlhamə İsmayılova üzərində Təhsil Nazirliyinin işçisinin verdiyi səs yazan cihaz və ötürücü gəzdirdiyini söyləyir.

Sual olunur, bu haqqı ona kim verib? Təhsil naziri cənab Emin Əmrullayev daxili nəzarət şöbəsinin əməkdaşı olan Məhəmməd Aslanovun bu əməllərindən xəbərdardırmı?

Vətəndaşların qeyri-qanuni izlənilməsi, barəsində məhkəmə qərarı olmadan gizli araşdırılma aparılması, görüntü və səs qeydinin aparılması kimi hərəkətlərin cinayət tərkibli olduğundan Məhəmməd Aslanov xəbərdar deyilmi? Əgər xəbərdardırsa, demək qanunları saymır, yox əgər xəbərdar deyilsə, onda beləcə qanunvericilikdən xəbərsiz bir adamın Təhsil Nazirliyi kimi mötəbər bir qurumda işləməsi nə dərəcədə doğrudur?

Nəzərinizə çatdırım ki, Məhəmməd Aslanov və önun kölgəsinə çevrilmiş İlhamə İsmayılova sözün əsl mənasında Beyləqan rayon, Kərəm Əliyev adına 2 nömrəli tam orta məktəbin kollektivi üçün kabusa çevrilib. Məktəbin mənəvi-psixoloji iqlimini pozan İlhamə İsmayılova hər gün bir qalmaqal yaradır, səbəbsiz yerə müəllimlərin şəklini çəkir, “sizi nazirliyin işçisi görür” deyə hədə-qorxu gəlir.

Sonuncu dəfə qalmaqal yaradan İlhamə İsmayılova onu sakitləşdirməyə çalışan məktəbin tədris işləri üzrə direktor müavinini nalayiq kəlmələrlə təhqir etmiş, baş verənlərə kollektiv içində şahidlik edəcək hər kim olursa-olsun, onu DTX-ya şikayət edəcəyi ilə hədələmişdir. Çox ciddi ittihamlarla kollektivin canını boğazına yığan İ. İsmayılova hazırda törətdiyi əməllərə - məktəbdə dərslərin keçilməsinə əngəl törətdiyinə, təhqiramiz ifadələrlə müəllimləri abırını tökdüyünə, bir sözlə etik davranış normalarına uyğun gəlməyən hərəkətlər sərgilədiyinə görə hüquq-mühafizə orqanları tərəfindən dindirilir.

Bu məlumatda verilənlər kürəyini Məhəmməd Aslanova söykəyib, dövlətin təhsil müəssisəsində at oynadan bir qadın müəllimənin etdiklərinin sadəcə dörddə biridir. Inanırıq ki, müvafiq qurumlar bu məsələyə münasibət bildirəcək və lazımi ölçü götürəcəklər.

P.S. Məqalədə qeyd edilən bütün faktlar mediada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mənbə: xeber.media


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam