Kəlbəcər məktəblərində yarım milyonluq büdcə talanı aşkarlanıb -ŞOK FAKTLAR + VİDEO
Kəlbəcər rayon məktəblərində böyük özbaşınalıq, hərcmərclik və xaos hökm sürür. 2021/22-ci tədris ilinin açılışına sayılı günlər qalsa da, 28 ildir ki, ölkənin bir çox şəhər və rayonlarına səpələnərək büdcədən milyonlar yeyən, yalnız formal sənədləşmələr üzərində fəaliyyət quran məcburi köçkün məktəbləri kimlərinsə əlində lap girinc hala qalıb.
Yenixeber.org: Redaksiyamıza sızan yeni bilgilərə görə öz direktorlarını və tez-tez dəyişən təhsil şeflərini “varlandıran” Kəlbəcər məktəblərində təlim-tədris prosesindən tutmuş inzibati nöqsanların həcmi də ölçüyəgəlməzdir.
Əslində, bütün gedişatlar onu göstərir ki, sözügedən rayonun təhsil sferası da Kəlbəcərin digər idarə və təşkilatları kimi mühüm öhdəliklərin icrasından daha çox struktur varlığını qoruyub saxlamağa səylər göstərir. Elə bu məqsəd və imkanların arxasında gizlənənlərin bir sıra korrupsiya və rüşvətxor əməlləri, xüsusilə məktəb direktorları vasitəsilə Kəlbəcər təhsili adına yürüdülən qanunazidd proseslər davam etdirilir.
Azərbaycan cəmiyyətində o qədər təəccüb doğurmasa da, kəlbəcərli direktorlar da məktəbə təhsil ocağı kimi deyil, daha çox şəxsi gəlir mənbəyi kimi baxırlar. O üzdən Kəlbəcərdə də “direktoram!” deyən kəslər vur-tut 500-600 manat maaş alsalar da son model “CEEP” avtomaşınlarda gəzir, dəbdəbəli evlərdə yaşayırlar. Məktəbin gəlirləri hesabına özlərinə fermer təsərrüfatı və müxtəlif biznes obyektləri qurmağı bacaran direktorlar da yetərincədir.
Ötən günlərdə saytımızda yayımlanan xəbərlər isə isbat edir ki, Kəlbəcər təhsilinin qazancı harın direktorları qədər icra başçısı Azər Qocayevin də diqqət mərkəzindədir. Bu yay məzuniyyətə gedərkən başçının məhz məktəb direktorlarından “şirinlik” umması, dolayı yolla bac-xərac alması iddiası, gənc təhsil müdiri İsmayıl Məhəmmədovun qısa zaman içində vəzifəsindən qovulması və Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsindəki məlum cinayət işlərinin icraatı təsadüfi deyil.
Hələ illər öncə sabiq təhsil müdiri Məhəmməd Bağırovun səsli-küylü həbsi də bir rayonun təhsil sahəsindəki çirkinliklərin, büdcə talançılığının aşkar təzahürü idi. Hələ o zaman yazılırdı ki, Kəlbəcər təhsilindəki maddi mənimsəmələrin, maxinasiyaların həcmi milyonlarla hesablanır. Burada kişi müəllimlərinin “analıq məzuniyyəti”nə buraxılmasından dərs saatlarının satılmasına, saxta sinif və məktəblərin açılmasınadək, dəftərxana ləvazimatlarından tutmuş kompüterlə təminatadək, saxtadiplomlu şəxslərin rüşvətlə müəllim götürülməsindən məktəblərdə cari təmir və sair yeyinti faktlarınadək hər şey ayaq açıb yeriyirdi. Və gülməli idi ki, şəbəkəli cinayət işində həbsə atılan bircə nəfər olmuşdu, həyat yoldaşının erməni olduğu deyilən sabiq baş mühasib Sahib Muxtarov və təhsil şöbəsindəki digər maddi-məsul şəxslər cəzasızlıqla mükafatlandırılmışdı.
Kəlbəcər TŞ geridə qoyduğu illər ərzində çoxsaylı müdirə vəda etsə də zərərli idimi heç dəyişməyib. Köhnə “dəyirman” yenə öz işini görür.

Aldığımız məlumata görə, ötən aylarda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2021-ci il üçün təsdiq olunmuş İş Planına uyğun olaraq keçirdiyi yoxlamalar nəticəsində 30-a yaxın Kəlbəcər məktəblərində 500 000 (beş yüz min) manata yaxın mənimsəmə və ya israfetmə halı aşkara çıxarılıb. Mənbənin dediyinə görə maliyyə yoxlaması rayonun 1, 2, 3, 5, 7, 8, 9, 10, 22, 15, 35, 47, 53, 55, 58, 59, 62, 69,71, 73, 75, 87, 98, 99, 109, 114, 118, 122 və digər məktəblərində aparılıb.
Maliyyə yoxlaması zamanı məktəb direktorlarının və rayon təhsil şöbəsinin məsul şəxslərinin tamahı ucbatından dövlət büdcəsindən məktəblərə ayrılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyi tam sübuta yetirilib.
Aparılan yoxlamalarla müəyyən edilib ki, məcburi köçkün məktəblərinin direktorları öz maddi maraqları müqabilində məktəbdə artıq və əsassız ödənişlərə şərait yaradıblar. Direktorlar son illərdin pandemiya dönəmini də öz xeyirlərinə çevirərək adi sinif jurnallarının yazılmasını, digər kargüzarlıq işlərini heçə sayıblar. Kəlbəcər məktəbləri arasında ən az maliyyə özbaşınalığının 5-10 min manat, əksəriyyətində 20-30 min manat təşkil etməsi, mənimsəmə və ya israfetmə halları rəsmi sənədlərlə müəyyən edilib.
Məlumata görə, yoxlama sayəsində 2021-ci və 2022-ci illər üzrə tələb olunandan artıq proqnozlaşdırılmış vəsaitin xərclənmə hissəsi azaldılaraq artıq xərclənmələrin də qarşısının alınması tövsiyyə edilib.
Redaksiyamıza verilən məlumatda o da bildirlir ki, yoxlamanın yekununda xidmətin müəyyən etdiyi ciddi maliyyə nöqsanları barədə hüquqi tədbirlər görülməsi üçün Maliyyə Nazirliyi tərəfindən Respublika Baş prokurorluğuna və Təhsil Nazirliyinə məktublar ünvanlanıb. Hazırda toplanmış materiallar əsasında yerli və yuxarı prokurorluq orqanları tərəfindən araşdırmalar davam etdirilir.
Onu da bildirək ki, təqsirkar məktəb direktorlarının yalnız bir neçəsi tərəfindən xərclənmiş artıq vəsaitlər tam və ya qismən həcmdə dövlət büdcəsinə bərpa edilib. Lakin, 20-dən artıq direktor mənimsənilmiş pul vəsaitinin ödənişindən yayınmaq məqsədilə müxtəlif yollara əl atıblar, hətta direktorlar qrup halında Bakıya gedərək rayonun ağsaqqalı sayılan sabiq millət vəkili Cavid Qurbanovun qəbuluna düşüblər. Direktorlar sanki heç bir məsuliyyət hissi dərk etmədən cərimə məbləğlərini ödəməmək üçün baş dəmiryolçudan qanundankənar köməkliklər umublar.
Cari ilin iyun-iyul aylarını əhatə edən Maliyyə yoxlaması çərçivəsində Kəlbəcər təhsil şöbəsinin bir neçə məsul şəxslərinin və Kəlbəcər TŞ-nin tabeliyindəki digər ayrı-ayrı məktəblərin məsuliyyətdən yayındırıldığı da iddia edilir. Aydın olur ki, yoxlamalar Gəncə, Göygöl və Mingəçevirdə yerləşən məktəblərdə keçirildikdən sonra maliyyə nazirliyinin ümumi iş planı hansısa “güclü tapşırıqla” dayandırılıb. Yoxlamalar bütün Kəlbəcər məktəblərini əhatə etməli olduğu halda iş yarımçıq durdurulub. Şaiyələrə görə, maliyyə nazirliyinin fəaliyyətini axsadan, digər hallar üzrə məktəblərdən tutularaq dövlət nəfinə ödənilməli olan ümumilikdə yarım milyon manatın taleyi də Cavid Qurbanovun özəl “xahişləri” ilə “dondurulub”.
Yoxlamanın yekunlarından kənar şəkildə onu da deyə bilərik ki, Kəlbəcər məktəblərinin əksəriyyətində təkcə 2019-2021-ci illər üzrə təqaüd yaşı çatmış 100-lərlə müəllimin nazirliklə razılaşdırılmadan müqavilələr əsasında işində saxlanılması halları var. Eləcə də, sabiq təhsil müdiri, hazırda Kəlbəcər təhsil şöbəsi həmkarlar komitəsinin sədri Məhyəddin Əbdürrəhmanovun hər ay direktorlarla razılaşaraq müəllimlərin adına yazıb dərhal da “həzm-rabe”dən keçirilən küllü miqdarda vəsait yoxlamaya salınmayıb.Təhsil müdiri kimi əvvəlki illərdə 400 min manatlıq maliyyə maxinasiyasında adı hallanan, təhsil müdiri olanda öz həyat yoldaşını direktor təyin edən və işdən qovulan birinin bugün Təhsil Şöbəsində həmkarar komitəsinə rəhbərlik etməsi də Kəlbəcər ziyalılarında müəmma və təəssüf doğurur. Eləcə də bu vurhavurda Kəlbəcər təhsilinin başına icra başçısı Azər Qocayevin özəl diqtəsilə diplomunun saxta olduğu iddia edilən şöbə müdiri Fərqanə Əhmədovanın gətirilməsi uğursuz görünür.

Kəlbəcər məktəb direktorlarının bir çoxu 90-cı illərdən bu yana təhsil müəssisələrinə rəhbərlik edən, yaşı 60-ı ötmüş şəxslərdir. Passiv direktorların öz məktəblərindən bərk-bərk yapışıb öz ailə üzvlərini və öz yaxınlarını ştatlar üzrə işlə təmin etmələri, saxta diplomlarla yaxınlarını müəllim etmələri də danılmaz həqiqətlərdəndir.
Kəlbəcər məktəblərində yaşanan ən bağışlanmaz maxinasiya isə yerli şagird və müəllimlərin süni əsaslarla sözügedən məcburi köçkün məktəblərində cəmləşdirilməsidir.
Müvafiq təlimata əsasən, məcburi köçkün məktəblərinə yerli şagirdlərin qəbuluna yalnız o halda icazə verilir ki, yerli şagirdin yaşadığı ərazidə 2 km məsafədə yerləşən məktəb olmasın. Hal bu ki, əksər Kəlbəcər məktəblərində adı gedən şagirdlərin yarıdan çoxu yerli şagirdlərdən ibarətdir. Bəzən buna səbəb valideyinlərin öz övladlarını hazırlıqlara qoymaları, yerli məktəblərdən fərqli olaraq məcburi köçkün məktəblərində davamiyyətə nəzarətin sıfır həddində olmasıdır. Yoxlama aparılarsa, təkcə Gəncədə və Göygöl rayonlarındakı Kəlbəcər məktəblərinin bir çoxunun bağlanmalı durumda olduğunu müəyyənləşdirmək çox asandır. Lakin, oliqarx həyatı sürən əksər direktorlar bunu istəməz, çünki onların dərdi təhsil deyil, sadəcə varlanmaq və korrupsiya ilə məşğul olmaqdır. Bunun üçün isə münbit şəraitdə məktəbi qoruyub-saxlamaq lazımdır, şagird və müəllimləri kəlbəcərli olmasa da.
Təzyiq və xahişlər nəticəsində işini yarımçıq saxlayan Maliyyə Nazirliyi yaxşı olardı ki, bu hallara xüsusi diqqət ayırsın, bütün şəhər və rayonlarda süni əsaslarla Kəlbəcər məktəbi adını daşıyan təhsil müəssisələrinin büdcəyə vurduğu maddi zərərin aradan qaldırılması istiqamətində əməli addımlar atsın! 90 faizi yerli şagirdlərdən və müəllimlərdən oluşdurulan məcburi köçkün məktəbləri axı kimə və nəyə lazımdır?
44 günlük vətən savaşında müzəffər ali baş komandan İlham Əliyevin və rəşadətli Azərbaycan ordusunun sayəsində Kəlbəcər rayonu da 27 illik erməni işğalından azad edilib. Ümidvarıq ki, tezliklə rayonun əksər məktəbləri də bir qrup korrupsioner və harın direktorların 27 illik işğalından, ölkə büdcəsi Kəlbəcər təhsilinin bunca dağıdıcılığından azad ediləcək!
Osman Nərimanoğlu
Demokratik.Az