Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Sumqayıt təhsilində GİZLİ TƏŞKİLATLANMA: Məktəb direktorları təhsil müdirinə qarşı birləşdi –ŞOK

 Sumqayıt Şəhər Təhsil Şöbəsində yaşanan qanuna hayqırı gedişat məktəb direktorlarını müdirə qarşı gizli təşkilatlanmaya məcbur edib. TŞ-nın müdiri özüdə bilmədən  “vəlvələ”yə deyil, “zəlzələ”yə  düçar olub. Təhsili feodal üsul-idarəsi ilə “rukilofka”edən Arzu Alızadə müəllim heyyəti ilə bərabər şəhər rəhbərliyinin də qəzəbinə tuş gəldiyi deyilir.

Yenixeber.org: Redaksiyamıza müraciət edən bir qrup adının çəkilməyin istəməyən ziyalılar Arzu Alızadədən Təhsil nazirinə  şikayətçi oldularını bildirib.

Şikayətçi ziyalıların iddiasına görə: Arzu Alızadə tərəfindən 65 yaş həddini keçmiş 45 nəfər müəllimin hər birindən 500 AZN “şirinlik” alıb, onlarla “centlement müqavilə” bağlanıb. Hal-hazırda test, atestat, imtahan pulu adı altında tələblər məktəb direktorları tərəfindən qəzəbə səbəb olub.  Müəyyən etmək olur ki, ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi altında xeyli müddətdir ki, ciddi islahat proqramları həyata keçirilir, gənclər irəli çəkilir, işlə təmin olunmalarına xüsusi önəm verilir. Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri isə, məhz gənclərin işlə təmin olunmalarına “stop” qoyur.

Deyə bilərik ki, 1, 2 , 3, 7, 9, 11, 25, 32 və.s. saylı məktəb direktorları Arzu Alızadənin tələb və tapşırıqlarından çana doyublar(məktəblərin tam siyahısı deyil, növbəti yazıda digər məktəbləri və direktorlarının adlarını tam çap etməyə çalışacağı-red)

Vaxti ilə 25 nömrəli tam  orta məktəbin direktoru  işləmiş  Arzu Şirxan qızı Alızadənin qol qoyduğu əməllər heç də bunula qurtarmır və təkcə bunlarla da yekunlaşmır. Belə ki, o, daşıdığı vəzifəsinə sahibləndikdən sonra mütəmadi olaraq öz səlahiyyətlərindən sui-istifadə edib, bir növ Sumqayıt təhsilini “kolxoz bazarı”na çevirir. Məsələn, bu gün də adı çəkilən xanımın məktəb direktorlarını “tasa otuzdurduğu” gizli deyil və onlardan əldə etdiyi haqq-hesabları, bəzən təmir işlərinə yönəlilir bəzən isə şəxsi maralar üçün xərclənir.

Məlumat üçün deyə bilərik ki,  Arzu xanım Alızadə təhsil şöbəsinin giriş hissəsini təmir etdirmək üçün, təkcə bir məktəb direktorundan 500 AZN pul alır. Və bu yığım onlarla məktəb direktorlarına aiddir. Hal-hazırda şöbə müdirinin qol qoyduğu qanunsuzluqların həddi-hüdudu yoxdur.

Bundan başqa,  tutaq ki, Sumqayıt şəhər ərazisindəki məktəblərdən birinin direktoru daşıdığı vəzifəsindən uzaqlaşdırılır. O halda Arzu xanım  razılaşdığı pul müqabilində “hərəkətə keçir” və digər təhsil müəssisələrində müavin vəzifəsində çalışan, ona yaxınlığı ilə seçilən şəxsi vaxt itirmədən həmin məktəbə direktor təyin etdirir.

Qeyd edək ki, Sumqayıtdakı məmurlardan biri tərəfindən təhsil müdiri gətirilmiş Arzu xanım müəllim heyyəti ilə bərabər şəhər icra hakimiyyətinin vəzifəli şəxslərilədə  münasibətlərində  gərginlik olduğu da bildirilir.

Hörmətli oxucular! Sumqayıt Şəhər Təhsil Şöbəsində yaşanan maraqlı hadisələr öz aktuallığı ilə diqqəti cəlb etdiyindən, biz bu yöndə araşdırmamızı davam etdirəcəyik. (güninfo.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam