Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

135 nömrəli məktəbdə 8 Mart “hazırlığı”: "Müəllim pul verməyən şagirdləri incidir, gözdən salır..."

 

Yenixeber.org: Artıq 8 mart Beynəlxalq Qadınlar günü ərəfəsindəyik. Bayram ovqatı və sevinci - əlbəttə ki, xanımlar üçündür…Lakin bayram ovqatında olan əksər xanım valideyinlərin bayramqabağı qanları qaralmağa başlayıb. Çünki orta məktəblərdə bayramqabağı şagirdlərdən "ənənəvi" pul yığılması halları müşahidə olunmağa başlayıb...

Redaksiyamıza bununla bağlı valideyn şikayəti daxil olub. Özünün və azyaşlı övladının anonim qalmasını istəyən valideyn bildirib ki, 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə övladının oxuduğu 135 nömrəli məktəbin ibtidai siniflərində 15-20 manat civarında pul yığılmasına başlanılıb. Valideyn qeyd edir ki, müəllimənin tələb etdiyi məbləği verməyə məcburdurlar.

Şikayətçi valideyn bunun səbəbini isə belə açıqlayıb: “Övladım ibtidai sinif şagirdidir. Düzdür, müəllimlər birbaşa özləri pul yığmır. Amma valideyn komitəsinin sədri bu vəzifəni həyata keçirir. 8 mart günü pul yığılmadığı halda müəllim öz etirazını bildirir. Və hətta hədiyyə deyil, pul yığılmasını istəyib. Məsələn, müəllimə siyahıya baxır və hansısa formada pul verməyən şagirdləri incidir yaxud da onu gözdən salır. Bu səbəbdən hər kəs məcbur qalıb, tələb olunan məbləği verir. Elə ailələr var ki, həqiqətən imkansıdırlar və ya eyni məktəbdə 2 ya 3 övladı təhsil alır. Belə olduğu halda, valideyn məcburiyyət qarşısında qalıb verməli olur”.

Qeyd edək ki, çoxsaylı israrımıza baxmayaraq, şikayətçi valideyn övladının incidilməsindən qorxduğu üçün adını açıqlamaq istəmədi. Və Təhsil Nazirliyi tərəfindən bu məslənin birbaşa nəzarətə götürülməsini xahiş etdi.
Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.(azerbaycanrealligi.com)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam