Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Qərb Universiteti Tam Orta Məktəb” MMC rəhbəri hansı haqla vətəndaşlardan artıq pul tələb edir?-ŞİKAYƏT

 

               

 

 

                             Sabiq nazir Hüseyn Bağırovun Londondakı əmlakları təhlükədə
Yenixeber.org: ...Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun Azərbaycanda üzləşdiyi problemlər (məhkəmə prosesi, böyük ehtimalla maliyyə nəzarəti) onun ailə üzvlərinin Londondakı biznesini iflic edib. Səbəblər sırasına sabiq nazirin Avropadakı otel biznesini məngənəyə salan pandemiya da daxildir.

İngiltərədə keçmiş nazirə məxsus, qızı Sevinc Bağırovanın adına rəsmiləşdirilmiş “NORDFIELDS MANAGEMENT LIMITED” şirkətinin adı maliyyə çətinlikləri və vergi borcları ucbatından artıq Britaniya Şirkətlər Evinin “qara siyahısı”na salınıb. Oktyabrın 20-də rəsmi “First Gazette”də yer alan bildiridə şirkətin iki ay ərzində qeydiyyatının ləğv ediləcəyi və ona aid bütün əmlak və vəsaitin Krallığın xeyrinə müsadirə olunacağı barədə xəbərdarlıq olunub.

Xəbərdarlıq sahibsiz mülkiyyət hüququnu tənzimləyən “bona vacantia”dan gedir.

Bu ayın 7-də isə Sevinc Bağırovanın müraciəti nəzərə alınaraq şirkətin ləğvi prosesi müvəqqəti olaraq dayandırılıb.

Vergi ödəmələrindəki problemlər ucbatından Bağırovlar ailəsi Qlazqodakı oteli idarə edən “NORDFIELDS PROPERTIES LIMITED” şirkəti ilə bağlı illik hesabatı iki aya yaxın müddətdə gecikdiriblər. Ailəyə məxsus bir neçə şirkət noyabrın ilk günlərində əvvəlki dəbdəbəli ünvanlarını (Hatton Garden 63-66 və Borough High street 85-87) tərk edərək Princes street 4-də cəmləşib.

Hüseynqulu Bağırovun Avropadakı biznesini xilas etmək üçün hələ yay aylarında Azərbaycandakı geniş torpaq sahələrini və meyvə bağlarını satışa çıxardığı məlum idi. Lakin güman olunur ki, onun ölkədən qanunsuz vəsait çıxarmasına imkan verilməyib.

Yuxarıdakı məlumat araşdırmaçı jurnalist həmkarımız Cavanşir Həsənliyə məxsusdur. Və görünən budur ki, nazir kreslosunu itirdikdən sonra H. Bağırovun xarici və yerli biznesi də qüruba doğru gedir. Bu səbəbdəndir ki, Bağırovlar Bakıda əllərində qalan biznes obyektlərindən maksimum qazanc əldə etməyə çalışırlar. İş o yerə çatıb ki, QƏRB UNİVERSİTETİ (məlum olduğu kimi bu özəl ali məktəb Bağırovlar ailəsinə bağlıdır) nəzdində fəaliyyət göstərən “QƏRB UNİVERSİTETİ TAM ORTA MƏKTƏB” MMC öz müştərilərindən belə göstərmədiyi xidmətə görə əlavə vəsait tələb edir.

Aydınlıq üçün deyək ki, sözügedən MMC-nin direktoru H. Bağırovun həyat yoldaşı Liana Bağırovadır. Sözügedən məktəbin nəzdində həm də məktəbəqədər hazırlıq qruplarları fəaliyyət göstərir. Həftənin 5 günü və gündəlik 12 xidmət növünün təklif edildiyi bu qrupların aylıq ödənişi təxminən 340 manat təşkil edir.

Bu günlər məlum olur ki, məktəb müştərilərindən bir çoxunu (hardasa 15 nəfər), o cümlədən bu barədə bizimlə söhbət edən vətəndaş Samir Novruzovu məhkəməyə verərək onlardan göstərilməyən, yaxud tədris olunmayan xidmətə görə əlavə pul tələb edir. Şikayətçi deyir ki, övladını 2019-cu ilin oktyabrında məktəbəqədər hazırlıq qrupuna yazdırıb və 2020-ci ilin fevral ayı da daxil müqavilə şərtlərinə uyğun ödəmələri edib. Mart ayı pandemiya səbəbindən qrup ümumiyyətlə fəaliyyət göstərməyib, 27 mart-5 iyun tarixlərində isə “ZOOM” proqramı vasitəsiylə gündə cəmi 80 dəqiqə (hər biri 40 dəqiqə olmaqla) onlayın dərs tədris olunub. Başqa sözlə, məktəb müqavilədə göstərilən xidmətin 19 faizini (7 saat əvəzinə 80 dəqiqə) yerinə yetirib. Amma buna baxmayaraq müştəridən- Samir Novruzovdan üst-üstə 1420 manat (990 manat əsas ödəniş+400 manat dəbbə pulu+30 manat məhkəmə rüsumu) tələb edir. Məktəb rəhbərliyinin fürsətçillik etdiyini bildirən S.Novruzov deyir ki, məktəbəqədər hazırlıq qruplarında göstərilən xidməti iki cür təsnifatlandırmaq olar: Təhsil və Qayğı. Və haqlı olaraq sual edir ki, gün ərzində 7 saat canlı təmasla əhatə olunan dərs proqramını 80 dəqiqəlik “ZOOM” proqramı vasitəsiylə eyniləşdirib reallaşdırmaq mümkündürmü? Baxmayaraq ki, aya 10 dollar ödəməklə “ZOOM” proqramının ödənişsiz versiyasıyla bu proqramın fasiləsiz fəaliyyətini təşkil etmək mümkündür.

Başqa bir sual: Məktəb şagirdlərin məktəbdə olduğu müddətdə (09.00-dan 16-00-dək) müqaviləylə nəzərdə tutulmuş Qayğı bölməsinə aid (tam nəzarət, tərbiyyə, nahar yeməyindən sonra istirahət- yatmaq, texniki personalın müşaiyəti ilə gəzinti, gigiyeniyalarının təmin edilməsi və.s kimi) xidmətlər göstərmişdirmi?

Bu sualların cavabı hər kəsə aydındır. Belə olan halda “Qərb Universiteti Tam Orta Məktəb” MMC rəhbəri hansı haqla vətəndaşlardan artıq pul tələb edir?(tezadlar)

Mövzuyla bağlı daha ətraflı yazımız olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam