Redaktor seçimi
Siyasi elitanın Cavid Qurbanov üzü: 
Ağgöl Milli Parkında yanğın müəmması-ETSN-nə yalan məlumat verilir?-
Abel Məhərrəmovdan birinci xanıma hörmətsizlik-
Azay Quliyevin Əli Həsənovdan Abbas Abbasovadək şübhəli əlaqələri-
Nərimanovun icra başçısı və müavini sahibkara “qan uddurur”- Prezidentə müraciət+
Bakı şəhərinin işıqlandırılmasına dövlətin pulu belə xərclənir-
Mikayıl İsmayılovun həbs olunan başçı ilə MÜBHƏM ƏLAQƏLƏRİ...-
Alı Alıyev Ceyhun Cəfərovun taleyini yaşaya bilər-“Kraun KO” şirkəti ilə icra başçısını nə bağlayır?-
Günün xəbəri

Turizm sektorunda canlanma: -Turpaketlərə maraq artıb

Turizm sektorunda canlanma: Turpaketlərə maraq artıb

Pandemiyanın ölkədə fəaliyyətinə zərər vurduğu biznes sektorları içərisində turizm ön sıralarda gəlir. Sərhədlərin bağlanmasının, yükdaşımalar istisna olmaqla bütün gediş-gəlişlərin dayandırılmasının ölkəyə turist axınına, xaricə üz tutan vətəndaşların sayına və bunların fonunda turizm şirkətləri, agentlikləri və turoperatorların fəaliyyətinə necə mənfi təsir göstərməsini təsəvvür etmək çətin deyil. 

Yenixeber.org: Gediş-gəlişlə bağlı yaranmış ümumi çətinlik təkcə turizm müəssisələrinin fəaliyyətində deyil, ayrı-ayrı şəxslərin də həyatında xoşagəlməzliklər doğurdu. Xarici ölkələrdə işləyən, yaşayan və müəyyən səbəblərlə müvəqqəti Azərbaycana gələn həmvətənlərimiz vardı ki, onların həmin ölkələrə qayıtması mümkün olmadı. Xaricdə təhsil alan azərbaycanlı tələbələr də ölkəni tərk edə bilmədilər. Əlavə olaraq müxtəlif səbəblərdən Azərbaycanda olan əcnəbilərin də öz ölkələrinə geri dönməsi dayandırıldı. Bütün bunlar müxtəlif yaş, cins və əmək kateqoriyasından olan insanlar arasında narazılıqlar doğurdu. Nəhayət, ortaya çıxan problemləri həll etmək və həmin insanları getməli olduqları ölkələrə daşımaq məqsədilə yay aylarından xüsusi çarter reyslərlə bəzi xarici şəhərlərə uçuşların təşkil edilməsinə başlanıldı.

 

Aqil Ağalarov

 

"Şah" turizm şirkətinin rəhbəri Aqil Ağalarov verdiyi açıqlamada bu reyslərin turizm sektorunda azacıq canlanma yaratdığını bildirib:

Çarter reysləri üçün əsasən tələbələr və iş adamları müraciət edir. Türkiyə daxili səyahətlər açıq olduğu üçün bəzi adamlar turpaketlərə də maraq göstərirlər. Hər gün İstanbula AZAL və ya Türk Hava Yolları tərəfindən uçuş həyata keçirilir. Hazırda qiymət baxımından turpaketlər sərfəli deyil. Çünki Bakıdan İstanbula, ordan da Türkiyənin digər şəhərlərinə getmək baha başa gəlir.

Dubaya hazırda reyslər var. Bəzən Moskvaya da uçuşlar olur. Amma ən rahatı İstanbula getməkdir. Digər şəhərlərə uçuş elə də rahat deyil. Bu şəhərlərə yalnız konkret səbəblə bağlı gedə bilərsən. Həmin yerlərə turist kimi getmək bir qədər çətin olur. İstanbul üzərindən isə sağlamlıq testi təqdim edərək istənilən yerə gedə bilərsən. Hazırda İstanbula birtərəfli biletin qiyməti 382 manatdan başlayır. Bileti İstanbula alırlar, ordan da başqa ölkəyə gedirlər.

A.Ağalarov qeyd edib ki, insanlar turpaketlərlə də maraqlanırlar:

“Mən bir turizm şirkətinin rəhbəri olaraq hazırda turpaket satmağa risk etmirəm. Çünki maneələr çox olur, problemlər yaranır. Gedən turistlərin geri qayıtmasında çətinlik yarana bilər. Elə turistlər var ki, xaricə gedir və qayıtmağa bilet tapmırdılar. Turpaketlərlə maraqlananlar çoxdur. Müraciət edirlər, lakin vəziyyətlə əlaqədar satmağa risk etmirik. Turist getdiyi yerdə heç bir problemin olmayacağından əmin olmalıdır. Türkiyədə vəziyyət müvəqqəti yaxşılaşsa da, yenidən yoluxma sayının artması ilə bağlı xəbərlər eşidirik. Yəni orda da qəflətən istənilən qapanma və məhdudiyyətlər tətbiq edilə bilər. Azərbaycanda mənim əlaqə saxladığım şirkətlərin heç biri  turpaket satmır”.

 

Göydəniz Qəhrəmanov
Göydəniz Qəhrəmanov

 

Azərbaycan Turizm Assosiasiyasının ekspertlər şurasının sədri Göydəniz Qəhrəmanov bildirib ki, turizm sektorunda fəaliyyətin tam bərpası digər biznes sahələrinə nisbətən gec olacaq:

“Bu gün turizm ən çox ziyan çəkən sahələrdəndir. Bu sektorda fəaliyyət tam olaraq dayanıb. Digər biznes sahələrinin fəaliyyətinə icazə verilən kimi onlar dərhal işləməyə başlayacaqlar. Turizm sektorunun fəaliyyəti isə birtərəfli deyil. Bu sektorun fəaliyyətinin bərpası üçün digər ölkələrin də turist gediş-gəlişinə icazə verməsi tələb olunur. Odur ki, turizm fəaliyyətlərinin tam bərpası bir qədər vaxt aparacaq”.

G.Qəhrəmanov çarter reyslərdən əsasən iş məqsədilə xaricə gedən insanların istifadə etdiyini vurğulayıb:

“Bir neçə müddətdir ki, Azərbaycandan xaricə xüsusi reyslərə start verilib. "Azərbaycan Hava Yolları" (AZAL) və Türk Hava Yolları İstanbul istiqamətində uçuşlar təşkil edir. Həftədə bir dəfə Minsk, Berlin və London şəhərlərinə də reyslər təşkil edilir. Bunlar müntəzəm deyil, karantin dövründə edilən xüsusi reyslərdir. Həm AZAL, həm də Türk Hava Yolları həftədə 11 dəfə uçuş edirlər. Bu reyslərlə əsasən iş məqsədilə xaricə gedən şəxslər daşınır. Eyni zamanda xaricdə qalan vətəndaşlarımızın Azərbaycana, Azərbaycanda qalan xarici vətəndaşların isə öz ölkələrinə qayıtması təmin edilir. Bir də bu reyslərlə tibbi məqsədlə uçuşlar olur. İnsanlar xaricə müayinəyə gedirlər”.

Assosiasiyanın nümayəndəsi bilet satışlarının xeyli azaldığını qeyd edib:

“Keçən ilə baxanda bilet satışları 90%-ə qədər azalıb. Lakin şirkətlər az həcmdə də olsa öz işlərini davam etdirirlər. Burda söhbət yalnız bilet satışından gedir. Hazırda turizm şirkətləri yalnız aviabiletləri satmaqla kifayətlənirlər. Ölkəyə turist gəlmir və daxili turizm də dayanıb. Avropa ölkələrinin də çoxuna uçuş bağlıdır. Bakıdan İstanbula rahat uçuruq. Amma digər Avorpa ölkələrinin çoxuna getmək olmur. İstanbula sırf turizm məqsədilə gedənlər olsa da, sayları çox azdır”.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}