Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Prezidentin yeni təyin etdiyi 35 yaşlı nazir müavini haqda -maraqlı məlumatlar

Prezidentin yeni təyin etdiyi 35 yaşlı nazir müavini haqda maraqlı məlumatlar

Xəbər verdiyimiz kimi, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev işdən azad edilib.

Yenixeber.org: Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Sarvan Cəfərov nazir müavini təyin olunub.

Qeyd edək ki, S.Cəfərov 1985-ci ilin oktyabrın 28-də anadan olub. 1992-2003-cü illərdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 178 saylı orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb. 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2012-ci ildə 2018-ci ilədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin köməkçisi vəzifəsində işləyib. Rus və ingilis dillərini bilir.

2018-ci ildən indiyədək KTN-nin Aparat rəhbəri vəzifəsində idi. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam