Redaktor seçimi
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...-
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində nə baş verir? –
DSX-nın keçmiş rəis müavini Sücəddin Abdullayevin oğlu vətəndaşları aldadaraq, milyonlara sahib oldu -
Fuad Muradovun ikillik rəhbərliyi diaspor fəaliyyətində çöküş yaratdı-
Gömrük generalı İsmayıl Hüseynov casusların himayəçisidir? – 
“Kodak” hara, dərman istehsalı hara?-
Penitensiar xidmətin rəisi dənizi işğal edib, yolu da bağlayıb –Sakinlər şikayətçidir: 
Zaur Hüseynovun xaricdəki ailə biznesi – 28 yaşlı oğlunun “uğur hekayəsi”-
Günün xəbəri

Pandemiyanın daha bir fəsadı:əsəb və stres…

 Psixoloq: “Təəssüf ki, xüsusi karantin rejimi elan edildikdən sonra buna məsul olan qurum tərəfindən psixoloji maariflənmə ilə bağlı konkret işlər aparılmadı”

Yenixeber.org: Sərt karantin rejimi, bir çox qadağaların tətbiqi, insanların evdə qalmağa məcbur olması təkcə sosial-iqtisadi xarakterli problemlərə səbəb olmur. Bu durum əsəb və stres də yaradır. Yəni, bir tərəfdən karantin rejimi əhalini virusa yoluxmaqdan qorumağa yönəlib, amma digər tərəfdən, bu qorunma tədbirlərinin özü sağlamlıqla bağlı problemlər yaratmaq potensialı daşıyır.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov saytımıza açıqlamasında qeyd etdi ki, sərt karantin rejimi uzanır və bunun konkret nə zaman bitəcəyi ilə bağlı fikir bildirmək çətindir:

“Sərt karantin rejimi yoluxanların sayının çox olması səbəbindən tətbiq edildi. Bitməsi də yəqin ki, yoluxanların sayının azalması, prosesin nəzarət altına alınmasından asılıdır. Bu müddətdə insanlarda psixoloji gərginliyin yaranması labüddür və bu, baş verir. Proses artıq kütləvi hal alıb. Öyrəşmədikləri bir həyat tərzi insanlarda psixoloji gərginliyin yaranmasına gətirib çıxarır. Bunun maddi, sosial və digər tərəflərini də qeyd etmək lazımdır”.

Psixoloq əlavə etdi ki, yeni davranış modelinə alışa bilməyən insanlarda müxtəlif psixoloji gərginliklər yaranır:

“Ona görə də mövcud şəraitdə psixoloji maariflənmə və psixoprofilaktik işin aparılması vacibdir. İnsanların konkret psixoloji dəstəyə ehtiyacı olsa da, hər kəs bundan faydalana bilmir. Bunun da obyektiv və subyektiv bir çox səbəbləri var. Ona görə də mövcud şəraitdə “qaynar xətt”lərin yaradılması, telekanallarda psixoloji maariflənmə ilə bağlı verilişlərin açılması, sosial şəbəkələrdə bununla bağlı yazı və videomaterialların geniş insan kütləsinə xitabən yayılması, maariflənmə işinin aparılması faydalı olardı”.

Rüstəmov hesab edir ki, pandemiya ilə mübarizə tək tibbi yox, psixoloji istiqamətdə də aparılmalıdır:

“Əgər biz psixoloji istiqaməti də diqqətdə saxlasaq, yoluxanların sayında azalma, eyni zamanda, insanların qaydalara əməl etməyində irəliləyişə nail ola bilərik. Təəssüf ki, xüsusi karantin rejimi elan edildikdən sonra buna məsul olan qurum tərəfindən psixoloji maariflənmə ilə bağlı konkret işlər aparılmadı. Problemin bu istiqaməti diqqətdən kənarda qaldı. Düşünürəm bu gün də gec deyil. Nəzərə almaq lazımdır ki, psixi sağlamlıq fiziki sağlamlığın özəyini təşkil edir”.

İqtisadçı ekspert Pərviz Heydərov isə tədbiq olunan karantin rejimi mexanizminin keyfiyyətli şəkildə işləmədiyini və effektivliyinin az olduğunu söylədi:

“Əksinə, əlavə problemlər və narazılıqlar yaranmaqla yanaşı, pandemiyanın pik nöqtəyə çatması əslində əngəllənir. Qarşıdan isə payız gəlir. Hesab edirəm, bu gün xəstəxanalarda virusla bağlı həyata keçirilən müalicə tədbirlərində istifadə edilən hər növ dərman preparatlarının bütün apteklərdə əlçatan olmasını (qiymətləri baha olsa belə) təmin etməklə yanaşı, evdə müalicə ilə bağlı bütün prosedurların KİV vasitəsilə gündəlik təbliğatına keçməklə, hər cür inzibati-məhdudlaşdırıcı tədbirlər təcili surətdə aradan qaldırılmalıdır! Xəstəxanalar isə bundan sonra yalnız 55, maksimum 60 yaşadək olan ən ağır koronavirus xəstələrini qəbul etməlidir. Çıxış yolu budur”.

Ekspert Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılmış vəsaitlərdən lazımi şəkildə istifadə olunmadığını da vurğuladı: “Son vaxtlar heç məlumat verilmir ki, kim bu fonda nə qədər vəsait keçirib. Sözüm bunda deyil. Sual edirəm: həmin vəsait nəyə görə bu gün lazımi dərman preparatlarının bütün apteklərdə tapılması üçün sərf olunmur?!”

P.Heydərov xatırlatdı ki, fondun yaradılmasına dair prezident fərmanının 3-cü bəndində deyilir ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.(pressklub)

Ülviyyə Şahin
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}