Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ceyhun Cəfərov İSTEFA verib ölkədən qaçmaq istəyir - ŞOK GƏLİŞMƏ

 

                 

                         Kürdəmir rayon icra başçısı istefa verib, ölkədən getmək istəyir.

Yenixeber.org: Bu barədə icra başçısının yaxın ətrafından məlumat sızdırılıb.

Bildirilir ki, rayonda ictimai – siyasi, sosial vəziyyəti ağır günlərə salan Ceyhun Cəfərov başını itirib. Vəzifədən tarixin arxivinə və ya həbisə düşə biləcəyini bilən rayon rəhbəri, yeznəsi Vidadi Zeynalovun aqibətini yaşamamaq üçün obyektlərini sataraq, ölkədən qaçacağı deyilir.

Kürdəmirdə və Yasamalda iri obyektlərin sahibi olan icra başçısının belə tələskənliyi və qorxusu səbəbsiz deyil. Çünki, icra başçısının 90 faiz yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı deyilir.

İcra başçısı ilə bağlı yuxarıların hərəkətə keçməsi C. Cəfərovun işinə xəyanətindən irəli gəldiyi bildirirlir, Ceyhun Cəfərov vaxtınilə H, Əliyevin büstünə hörmətsizliyi, vahabilərlə işbirliyi, işçilərindən külli-miqdarda rüşvət alıb onların dünyasını dəyişməsinə səbəbkar olan oliqarx məmur hesab edilir. C. Cəfərov icra başçısı təyin olunduğu vaxtdan etibarən mətbuatda ancaq neqativ əməlləri ilə gündəmə gəlib. Onun qanunsuz əməlləri, törətdiyi özbaşınalıqlar haqda qəzetlərdə, saytlarda çoxlu sayda yazılara rast gəlmək mümkündür. Hətta deyilənlərə görə, Ceyhun Cəfərov Kürdəmirin tarixini ən tamahkar icra başçısı kimi adını yazdırıb.

Mənbənin dediyinə görə, bütün bunlar onu göstərir ki, mümkün qədər vəsait toplayıb, ölkəni tərk etməyə Ceyhun Cəfərov həmişəkindən daha çox israrlıdır və o bunu ağına–bozuna baxmadan edir. Çünki icra başçısı başa düşüb ki, vaxtı itirmək olmaz, əvvəl -axır onu yaxın qohumu Vidadi Zeynalovun aqibəti gözləyir.

Başının üstünü artıq qara buludlar alan Ceyhun Cəfərov işdən çıxarılaraq, həbs olunmaq təhlükəsi altında daima həyacanda qalmaqdansa, qaçıb getməyə üstünlük verməsinin, yuxarıların nəzarətində olduğu da bildirilir. Yəni mal- mülkün təcili satışa çıxaran icra başçısının artıq bütün hazırlıqlarını gördüyü də bildirilir.

Qarşı tərəfidə dinləməyə hazırıq.(ixa.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam