Yenixeber.org: Bu vəsait "Bakı Zooparkı"nın elan etdiyi tenderin qalibi olan fərdi sahibkar Məhi Məhiş oğlu Hüseynova (VÖEN-1803912792) ödəniləcək.
Məhi Hüseynov "Bakı Zooparkı"ndan aldığı 52 min 580 manat qarşılığında “Meyvə-tərəvəz və dondurulmuş balıq”, 68 min 328 manat qarşılığında “Dənli bitkilər” , 50 min 622 manat qarşılığında isə “Heyvanları yemləmək üçün diri heyvanlar” satacaq.
Məhi Hüseynov "Bakı Zooparkı"ndan aldığı 171 min 530 manat qarşılığında aşağıdakı məhsulları təqdim edəcək:
Məhsulun adı | Miqdarı | |
1 | Meyvə-tərəvəz (yerkökü, kələm, alma, kartof, soğan, balqabaq,portağal) | 35 250 kq |
2 | Quru meyvə (ərik,kişmiş,alma) | 52 kq |
3 | Yumurta (toyuq) | 500 ədəd |
4 | Kəsmik (dənəvər) | 830 kq |
5 | Çörək (buğda) | 5 200 ədəd |
6 | Balıq (dondurulmuş) | 7 300 kq |
7 | Dənli bitkilər (buğda, kəpək, arpa, vələmir, darı, qarğıdalı, düyü, qarabaşaq) | 62 400 kq |
8 | Ot kipi (yonca) | 3 600 ədəd |
9 | Süpürgə (çöl süpürgəsi) | 3 600 ədəd |
10 | At (diri) | 40 ədəd |
11 | Eşşək (diri) | 30 ədəd |
12 | Toyuq (diri) | 500 ədəd |
13 | Dovşan (diri) | 632 ədəd |
14 | Siçan (diri) | 4 176 ədəd |
15 | Siçovul (diri) | 2 940 ədəd |
A. Cəfərov