Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Nar”dan müştərilərinə sadiqlik nümunəsi

 “Nar” Müştəri Xidməti sərt karantin rejimi müddətində abunəçilərinə xidmət göstərməkdə davam edəcək 

Yenixeber.org: Ölkədə son günlər koronavirusa yoluxmanın artmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu evdən çıxmağı qadağan etməsilə əlaqədar olaraq “Nar” öz müştərilərinə gücləndirilmiş rejimində xidmət göstərməkdə davam edəcək. Belə ki, abunəçilər evdən çıxmadan “Nar”ın onlayn və 24/7 rejimində fəaliyyət göstərən 777 Çağrı Mərkəzindən sorğularına operativ cavab ala bilərlər. Həmçinin mobil operator rəsmi sosial media kanalları (“Facebook”, “İnstagram” və “Twitter”) vasitəsilə operativ şəkildə abunəçilərinə xidmət göstərməkda davam edəcək. Bundan başqa, abunəçilər evdən çıxmadan “Nar+” tətbiqi vasitəsilə hesablarını daha asan idarə edə bilərlər. Tətbiq bir çox mühüm əməliyyatları bir neçə saniyə ərzində yerinə yetirməklə yanaşı, daxil olan sorğuları dərhal cavablandırır.

Qeyd edək ki, “Nar” öz müştərilərinin təhlükəsizliyini təmin etməyi, bütün kanalları vasitəsilə müştərilərə fasiləsiz yüksəkkeyfiyyətli xidmət göstərməyi özünün məsuliyyəti hesab edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam