Redaktor seçimi
Keçmiş əməkdaşı Elçin Quliyevi “Topa tutdu”-
Səhiyyə Nazirliyində qan, yoxsa korrupsiya xərçəngi? -
  
Eldar Əzizovun 500 manatlıq zibil maxinasiyası…
Nazir Azad Rəhimovun biznes imperiyası açıqlandı-
“Rifah Plaza” MMC insanlara cəhənnəm əzabı yaşadır-Nəsimi Rayon İcra Hakimiyyəti ilə birlikdə+
Əhməd Əhmədzadə və Qorxmaz Hüseynov vəzifəsini itirəcək-
Səhiyyənin onkoloji oliqarxı və ya Kəmaləddin Qafarov bütün bu varidatı nə ilə əldə edib?-
Günün xəbəri

PREZİDENT MÜŞAVİRƏLƏRİ, DÖVLƏT KATİBİNİN İRADINA TUTARLI CAVAB – Torpaq islahatında Naxçıvan təcrübəsi(+VİDEO)

Naxçıvan Muxtar Respublikasının sabiq Kənd Təsərrüfatı naziri - baş nazirin müavini Məmməd Abbasov saytımıza kənd təsərrüfatında irəliləyişə nail olmaq üçün fikir və təkliflərinin, eyni zamanda çox maraqlı tarixi kadrların yer aldığı bir videomaterial təqdim edib.

Yenixeber.org: Videomaterialda ayrı-ayrı vaxtlarda Prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyevin rəhbərliyilə ölkədə kənd təsərrüfatının inkişafına, aqrar islahatlara həsr olunmuş müşavirələrdən kadrlar öz əksini tapıb. Videomaterialda M.Abbasovun Naxçıvanda torpaq islahatı ilə bağlı şərhi verilir, eyni zamanda onun kənd təsərrüfatının inkişafı yolları ilə bağlı fikirləri, təklifləri səsləndirilir.

Sabiq nazir uzun illərin təcrübəsinə əsaslanaraq, koronavirus pandemiyasından sonra xüsusilə aktuallıq qazanmış kənd təsərrüfatının, aqrar sənayenin inkişafı məsələsilə bağlı əhəmiyyətli təklif və tövsiyələrlə çıxış edir.

Sabiq nazir qeyd edir ki, yeni koronavirusun peyda olması bütün dünya dövlətlərini lərzəyə gətirib, insanları qorxu içərisində yaşamağa məcbur edib: “Qısa müddət ərzində (4-5 ay) milyonlarla insan virusa yoluxub, yüz minlərlə insan həyatını itirib, milyardlarla insan isə evə qapadılıb. Bu rəqəmlər pandemiyanın ölçüyəgəlməz miqyasını əks etdirir.

Virusun yayılması ictimai-siyasi həyatın bütün sahələrinə öz mənfi təsirini göstərir. Sənaye, nəqliyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət, turizm, idman sahələrinə böyük zərbə vurur. Maddi nemətlər istehsalı azalır, işsizlərin sayı artır, insanların güzəranı pisləşir. Düzdür, dövlətlər sosial sahədə bir sıra tədbirlər görür, lakin bu hal mütəmadi davam edə bilməz.

Ölkəmizdə vaxtında görülmüş qabaqlayıcı tədbirlər nəticəsində pandemiyanın fəsadları az olmuşdur. Lakin bu virusun tezliklə məhv olaraq yoxa çıxacağı da gözlənilmir. Qarşıda həyat bizi ağır sınağa çəkəcək. Ona görə də, həmrəy olmağımızla bərabər, hər kəs tutduğu vəzifədə vicdanla, ləyaqətlə işləməlidir.

 

 

Bəs təqaüddə olanlar nə etməlidir? Mən 7 ildir ki, pensiyadayam və bu illər ərzində ailə qayğıları ilə yaşamışam. Sağlam həyat tərzi keçirməyə səy göstərmişəm, bir sıra ölkələrdə olmuşam. Pandemiya dövrü bizi risk qrupuna aid edib, həyatdan təcrid etdilər.

Lakin vəziyyət bizi kənarda qalmamağa məcbur edir. Ölkə başçısı da çıxışlarında qeyd edir ki, dövlətin idarə edilməsində neqativ hallara qarşı mübarizədə ictimaiyyətin nümayəndələri də iştirak etməlidir. Mən də düşündüm ki, aqrar sahədə işlədiyim müddətdə qazandığım təcrübələrdən istifadə edib, bir sıra təkliflərlə müraciət edim. Ola bilər ki, bu təkliflər bir sıra dövlət orqanlarının diqqətini cəlb etməsin, hətta onlara əhəmiyyətsiz görsənsin. Amma öz mənəvi borcumu yerinə yetirirəm.”

M.Abbasov qeyd edir ki, ərzaq məhsulları istehsalı dövlətin ümdə vəzifəsi olmalıdır: “Düzdür, dövlət bu sahəyə diqqət yetirir və xeyli vəsait ayırır. Kənd təsərrüfatının maddi-texniki bazası xeyli möhkəmlənmişdir, lakin ayrılmış vəsait, görülən işlər lazımi nəticəni vermir. Məhsul istehsalının azalmasına təsir edən obyektiv faktorlar da var - ərazimizin 20 faizi işğal altındadır. Bununla belə nəticələr sərf olunmuş vəsaitin qarşılığı hesab oluna bilməz… Təkcə bir faktı qeyd etmək kifayətdir: Əhalinin ərzaq məhsullarına olan tələbatı əsasən xaricdən gələn ərzaq hesabına ödənilir. Taxıl, yağ, ət məhsulları və digər ərzaqların əhəmiyyətli hissəsi idxal edilir. Hər hansı marketə baxsanız, bunun şahidi olarsınız. Ölkə üzrə pambıq, tütün, barama, üzüm istehsalının həcmi Sovet hakimiyyəti dövründə olduğundan belə dəfələrlə azdır və sair”.

Sabiq nazir kənd təsərrüfatının inkişafı üçün bir sıra təkliflərlə çıxış edir: “Hazırda hökumətdə kənd təsərrüfatı sahəsini tənzimləyən yüksək vəzifəli şəxs yoxdur. Baş Nazirin sosial sahə, tikinti, sənayeyə nəzarət edən müavini olsa da, ölkəmiz üçün son dərəcə əhəmiyyətli sahə olan kənd təsərrüfatındakı dövlət qurumlarının fəaliyyətini koordinasiya edən Baş Nazir müavini və ya digər yüksək vəzifəli şəxs yoxdur. Bu sahəni tənzimləyən yüksək vəzifəli şəxsin mövcudluğu sahənin inkişafına kömək göstərə bilər. Onun yanında komissiya yaradıla, mütəmadi olaraq kənd təsərrüfatının inkişafına təsir edən təkliflər müzakirə oluna, qərarlar verilə bilər”.

Yuxarıda da qeyd etdiyimiz kimi, çox maraqlı tarixi kadrların, eyni zamanda Məmməd Abbasovun aqrar islahatlarla bağlı fikirlərinin, ölkənin kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində təklif və tövsiyələrinin yer aldığı videomaterialı oxucularımıza təqdm edirik.

Qeyd edək ki, torpaq islahatında Naxçıvan təcrübəsindən bəhs edən bu videomaterial 5 il bundan əvvəl hazırlanıb və ilk dəfədir tamaşaçılara təqdim olunur.

 (AzPolitika.info)

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}